Home Gündəm SOCAR-ın Ukraynaya tədarük etdiyi Litva benzininin həcmi açıqlanıb

SOCAR-ın Ukraynaya tədarük etdiyi Litva benzininin həcmi açıqlanıb

279
0
SHARE

Bakı. Sədrəddin Ağcayev – Trend:

2021-ci ilin iyulunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi “SOCAR Ukraine” Litvadan 4 min ton avtomobil benzini idxal edib.

Trend bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Hesabat dövründə Ukraynaya Litvadan əsas avtomobil benzini tədarükçüsü “OKKO” şirkəti olub. Şirkət Ukraynaya 18,1 min ton benzin tədarük edib.

WOG tərəfindən 12,1 min ton, “Amik Ukraina” tərəfindən 3,1 min ton, “Alyans Oyl Ukraina” tərəfindən 2 min ton, KLO tərəfindən 2,4 min ton benzin tədarük olunub.

Ümumilikdə, iyul ayında Ukrayna 109,1 min ton avtomobil benzini idxal edib.

(Tərcümə: Orxan Nəbiyev)

Twitter: agdzhaev