Home Gündəm Deputat Elşad Mirbəşiroğlu əlamətdar gün münasibətilə fəal gənclərlə görüş keçirdi

Deputat Elşad Mirbəşiroğlu əlamətdar gün münasibətilə fəal gənclərlə görüş keçirdi

502
0
SHARE

20 avqust 2021-ci il tarixində Göygöl Gənclər evinin təşəbbüsü ilə Göygöl rayonunun yaranmasının 202 illiyi və Göygöl rayonunun Gənclər paytaxtı seçilməsi münasibətilə deputat Elşad Mirbəşiroğlunun fəal rayon gənclərilə görüşü keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin, Şəmkir Regional Mədəniyyət idarəsinin Göygöl nümayəndəliyinin, Gənclər və İdman idarəsinin, Qarabağ əlilləri və qazilərinə dəstək İctimai Birliyinin rəhbər və nümayəndələri, fəal rayon gəncləri iştirak etmişdir. Görüşdə Elşad Mirbəşiroğlu Vətən müharibəsində ölkə gəncliyinin şücaət və qəhrəmanlığından, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətindən və bu tarixi Zəfər üçün artıq ölkənin həm siyasi, mənəvi, həm iqtisadi, həm də beynəlxalq səviyyədə hazırlıqlı olmasından danışdı. Deputat Azərbaycan gəncliyinin iradəsinin, əzminin və intellektinin gələcək illərdə də ölkənin parlaq gələcəyi üçün zəmin olduğunu qeyd etdi. Geniş çıxışının sonunda deputat Elşad Mirbəşiroğlu rayon gənclərinə inam və etamadının tam olduğunu bildirərək, onlara dəyərli tövsiyələrini çatdırmaqla yanaşı, öz səlahiyyətləri çərçivəsində gənclərin təklif və ideyalarına dəstək olacağını da vurğuladı.
Görüşdə gənclərin problem və təklifləri dinlənildi.