Home Manşet Millət vəkili Elşad Mirbəşiroğlu Göygöl veteranları ilə görüş keçirib

Millət vəkili Elşad Mirbəşiroğlu Göygöl veteranları ilə görüş keçirib

333
0
SHARE

Deputat Elşad Mirbəşiroğlu Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvləri ilə görüşmüşdür. Elşad Mirbəşiroğlu görüşdə 44 günlük müharibəsinin Zəfərlə başa çatmasında cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətindən, Şanlı Ordumuzun rəşadətindən, ölkə gəncliyinin iradəsi və vətənpərvərliyindən danışdı. Həmçinin, şəhid ailələrinə, veteran və qazilərə xüsusi diqqət və qayğının vacibliyini qeyd etdi. Görüş əsnasında veteranların problem və istəkləri də dinlənilmişdir. Deputatın təşəbbüs və göstərişi ilə problem və təkliflər öz həllini tapacaqdır.