Home Gündəm Türkiyə Prezidenti Azərbaycanla əməkdaşlıq üzrə daha bir sənədi təsdiqləyib

Türkiyə Prezidenti Azərbaycanla əməkdaşlıq üzrə daha bir sənədi təsdiqləyib

252
0
SHARE

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiq edib.

Bu barədə Trend “Resmi Gazete”yə istinadən məlumat verir.

Sənəd 2021-ci il aprelin 2-də Bakıda imzalanıb.

Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında ticarətin rəqəmsallaşdırılması, rəqəmsal ticarətin dayanıqlı və sabit inkişafının təşviq edilməsidir. Sənəd kommunikasiya mexanizmini və rəqəmsal ticarətdə əməkdaşlığın hüquqi çərçivəsini yaratmağı hədəfləyir.

Qeyd edilir ki, tərəflər bərabərlik, açıqlıq, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında əməkdaşlıq etməyə və işləməyə razılaşırlar.