Home Gündəm Multikultural ənənələri yaşadan Mehriban xanım Əliyeva

Multikultural ənənələri yaşadan Mehriban xanım Əliyeva

543
0
SHARE

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə, humanizm və tolerantlığı ilə tək öz xalqının, millətinin deyil, digər irqdən, dindən olan insanların da rəğbətini qazanaraq multikultural ənənələri yaşadan, ölkəmizdə milli etnik şüurun formalaşmasında, vətənpərvərlik, elm, təhsil, mədəniyyət, idman və bir çox sahədə xüsusi töhfələri olan Mehriban xanımı təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür diləyir, şərəfli və bir o qədər də ağır məsuliyyəti olan çoxşaxəli fəaliyyətində uğurlar arzulayırıq!
Qeyd edək ki, Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir.
Məhz Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə cəmiyyətin ən vacib sahəsi olan təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir.
Həssas əhali qruplarına qayğıkeş münasibət də Mehriban xanımın fəaliyyətində xüsusi yer tutur. Belə ki, ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir.
Eyni zamada, qazi və şəhid ailələrinin problemlərinin həlli də hər zaman Birinci xanımın diqqətində olmuşdur. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa, Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı olmuşdur. Bu istiqamətdə fəaliyyət Heydər Əliyev Fondu vasitəsilə heç bir ictimai məlumatlandırma olmadan həyata keçirilmişdir.
Qayğıya ehtiyacı olanlara ana nəvazişi ilə yanaşmaq da Mehriban xanım Əliyevanın fəqliyyətində özünü aydın biruzə verir. Belə ki, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair çoxşaxəli fəaliyyət də ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdir.
Odur ki, siyasətində ümumbəşəri dəyərləri yaşadan, xeyirxahlıq, mərhəmət və insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar missiyası həm dövlətimiz, həm də xarici ölkələr tərəfindən yüksək dəyərləndirilərək fəaliyyətinin əhəmiyyətini və qlobal aktuallığını əks etdirən bir çox yüksək təltiflərə layiq görülmüşdür. Belə ki,
Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür.
Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı və bir çoxlarını isə xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq qeyd etmək olar.
Lakin Birinci Xanımımıza ən böyük mükafat isə Azərbaycan xalqının sevgisidir.
Doğum gününüz mübarək, mehriban və qayğıkeş Birinci Vitse-Prezidentimiz!