Home Gündəm Millimiz bu gün İrlandiya yığmasına qarşı oynayacaq

Millimiz bu gün İrlandiya yığmasına qarşı oynayacaq

22
0
SHARE

Bakı. Fərid Zöhrabov – Trend:

Millimiz bu gün İrlandiya yığmasına qarşı oynayacaq.

Azərbaycan millisi bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti matçına çıxacaq.

Trend- in məlumatına görə, yığmamız A qrupundakı 4-cü matçında İrlandiya ilə qarşılaşacaq.

Canni De Byazinin yetirmələri bu rəqiblə də səfərdə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan millisi daha öncə Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa isə 1:2 hesabı ilə uduzub.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

4 sentyabr

20:00. İrlandiya – Azərbaycan

Baş hakim: Jerom Brizar (Fransa).

Dublin. “Aviva” stadionu.