Home Cəmiyyət Millət vəkili Kamilə Əliyeva:” Əqidəsi və ruhu zəhərlənmiş xainlər”…

Millət vəkili Kamilə Əliyeva:” Əqidəsi və ruhu zəhərlənmiş xainlər”…

604
0
SHARE

Vətən Müharibəsi zamanı və Şanlı qələbəmizdən sonra bütün dünya mediası və hərbi ekspertləri Azərbaycan Ordusunun qəhrəmanlığından, apardığı döyüş taktikasından yazılar verdilər, fikirlər söylədilər. Nə keçmiş, nə də müasir hərb tarixində elə bir hadisə baş verməmişdi ki, 44 gün ərzində düşmən ordusunu darmadağın edib, işğal altında olan torpaqları azad edəsən. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu mümkün olmayanı etdi, cəsur oğullarımız şəhid oldular, amma düşmən qarşısından bir addım belə geri çəkilmədilər. Azərbaycan xalqı da həmişə olduğu kimi yenə öz Prezidentinin ətrafında bir yumruq kimi birləşdi. Hər bir vətəndaşımız öz Prezidentinə inandı, hər kəs inandı ki, cənab İlham Əliyev xalqını qələbəyə aparacaq. Prezident seçildiyi ilk gündən cənab İlham Əliyev Qarabağla bağlı Azərbaycan xalqında ruh düşkünlüyü yaranmasına yol vermədi. Ölkə başçımız hər çıxışında, görüşündə işğal altında olan torpaqlarımızı ya sülh, ya da hərb yolu ilə qaytarılacağını bildirirdi. Bəli, biz Qələbə qazandıq. Torpaqlarımızı işğaldan tam azad etdık. Artıq bu torpaqlara Böyük Qayıdış planları həyata keçirilir. Müharibənin başa çatmasından qısa müddət keçməsinə baxmayaraq həm Şərqi Zəngəzurda, həm də Qarabağda çox böyük quruculuq işləri görülməkdədir. Bu gün bütün dünya Azərbaycanın iqtisadi cəhətdən də çox güclü bir dövlət olduğunun şahidi olur. Bir neçə gündən sonra Füzuli Hava Limanı, eləcə də Şuşaya çəkilən Zəfər yolu tam istifadəyə veriləcək. Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mədəniyyət paytaxtımız olan Şuşa şəhərində bir çox tarixi, mədəni və dini abidələrimizin bərpadan sonra açılışı oldu. Cənab İlham Əliyevin müdrikliyi ondadır ki, işğaldan azad olunmuş torpaqlarımızda ilk olaraq tarixi, mədəni abidələrimizi bərpa etdirdi və bütün dünyaya göstərdi ki, bu abidələr azərbaycanlılara məxsus olub. Azərbaycanlılar hər zaman öz əcdadlarının yaratdıqlarını bəşəri bir irs kimi qoruyub saxlayıb.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda ağlasığmaz sürətlə quruculuq və bərpa işləri gedir. Yaxın vaxtlarda məcburi köçkünlərimizin bir hissəsi öz yurd yerlərinə geri dönəcəklər.
Azərbaycanın bu uğurunu və inkişafını istər xaricdə, istərsə də daxildə gözü götürməyən, həzm edə bilməyən müəyyən qüvvələr də var. Təəssüf ki, onların içərisində okeanın o tayında və Avropada özlərini azərbaycanlı adlandıran xainlər də var. Özünü azərbaycanlı xanımı adlandıran Sevinc Osmanqızı xaricdəki öz ağalarının tapşırığı ilə Azərbaycana qarşı yalan və iftira dolu fikirlər söyləyir. Hər vəchlə ermənilər üzərində qələbəmizə kölgə salmaqla məşğuldur. Sevinc Osmanqızı görəsən nə vaxtsa şəhidlərimizin ruhu qarşısında, onların ana və bacıları qarşısında vicdan əzabı çəkəcəkmi? İnanmıram, əqidəsi və ruhu zəhərlənmiş bir adamda belə bir hiss yaransın. Pul bu adamın qəlbindəki Vətən, Xalq sevgisini çoxdan məhv eləyib.
Son zamanlar sosial şəbəkələrdə və internet kanallarında özünü müxalifət adlandıran və partiya lideri kimi təqdim edən Əli Əliyev də xaricdəki havadarlarının göstərişinə əsasən Azərbaycan dövlətinə qarşı yalan və iftiralarla dolu çıxışlarını davam etdirir. Hər zaman iqtidara və xalqa qara yaxmaqla məşğul olan Əli Əliyevdən soruşmaq lazımdır ki, sən bu dövlət və xalq üçün nə etmisən? Əslində o çox əməllər törədib. Əli Əliyevin əməli xalq arasında dövlətə inamsızlıq yaratmaq, görülən bütün müsbət işlərə qara yaxmaq olub. Özünü siyasətçi adlandıran bu kəs ümumiyyətlə siyasətin nə olduğunu anlamır. Dünyada, eləcə də regionda baş verən siyasi proseslərə çox gülünc və yersiz şərh verməklə məşguldur. Təsəvvür edin, Əli Əliyev dünyanı cənginə alan və milyonlarla insanın həyatına son qoyan koronovirus xəstəliyini cəfəngiyyat adlandırır və insanlığı bu bəladan xilas edə biləcək yeganə vasitə olan peyvəndi vurdurmamağa çağırır. Nə qədər savadsız olasan ki, bu cür düşünə biləsən. Əslində bu Əli Əliyevin xislətidir.
Azərbaycan xalqı heç zaman osmanqızıların və Əli Əliyevlərin fikirlərini ciddiyə qəbil etməyib və etməyəcəklər. Xalqımız müdrik xalqdır. Başa düşürki, onun dövlətini və xalqını sevən İlham Əliyev kimi güclü bir Lideri var. Xalq hər zaman öz Lideri ətrafında yumruq kimi bir olacaq.