Home Cəmiyyət İrandan gələn yarım milyard dollarlıq heroinlə bağlı şok açıqlama…

İrandan gələn yarım milyard dollarlıq heroinlə bağlı şok açıqlama…

262
0
SHARE
Arzu Nağıyev: “Əvvəllər işğal altındakı ərazilərimizdən narkotik daşıyıb İrəvana, Rusiyaya keçirirdilər, indi isə…”
… Deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Vətən müharibəsi narkomafiyaları planlarına müəyyən korrektələr etməyə məcbur edib: “Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı illər ərzində ərazilər narkomafiyalar üçün rahat marşrut olub. Lakin torpaqlar işğaldan azad ediləndən sonra sərhədlərimizin bərpası narkomafiyaları planlarına korrektələr etməyə sövq edib. Əvvəllər o ərazilərdən narkotik daşıyıb İrəvana, Rusiyaya keçirirdilər. Bu gün həmin sərhədlər bağlıdır. Bundan başqa, işğal altında olan torpaqlarda narkotik saxlama məntəqələri vardı. Orada narkotikləri toplayıb sonradan oradan istədikləri ərazilərə daşıyırdılar. Bu gün Azərbaycan İran sərhədinin 143 kilometri bağlıdır. Ona görə də narkomafiyalar məcbur qalıb leqal yollarla narkotik daşımağa cəhd göstərirlər. Bu səbəbdən də leqal yollarda narkotiklərin tutulması halları da artıb”.
Ekspert deyir ki, sentyabr-oktyabr ayları narkotik daşımalarının pik dövrü hesab olunur: “Heroin tiryəkdən alınır. Hazırda marixuana yoxdur. Çünki marixuana daşımaq sərf eləmir. İrandan adətən tiryək, heroin və həşiş daşıyırlar. Son vaxtlar isə sintetik narkotiklərin daşınması artıb”.
Ekspert deyir ki, Əfqanıstanda taliblərin hakimiyyətə gəlməsi dünyada narkotiklərin qiymətində sıçrayışlı artıma gətirib çıxara bilər: “Taliblər narkotiklərin qadağan ediləcəyini bəyan ediblər. Hələ ki biz bunu görmürük. Bəyan etdikləri kimi addım atsalar, onda dünya üzrə xam tiryəkdən alınan narkotiklərin qiyməti dəfələrlə artacaq. Sintetik narkotiklərin dövriyyəsi isə kəskin artacaq. Dünya narkotik bazarını böyük təlatüm gözləyir. Bu da dünya üzrə vəziyyətin daha da qəlizləşməsinə gətirib çıxaracaq”.
https://musavat.com/news/irandan-gelen-yarim-milyard-dollarliq-heroinle-bagli-sok-aciqlama_831224.html?fbclid=IwAR3ULvy4Ju7SQdNIEdU25xy31h5EpJZkKHY3deOrLGjpyPbjG_V1I1obYyk