Home Cəmiyyət İlham Qasımzadənin Türkmənıstanın “Türkmənistan” qəzetində məqaləsi…

İlham Qasımzadənin Türkmənıstanın “Türkmənistan” qəzetində məqaləsi…

1431
0
SHARE

Bu qün Türkmənıstanın mərkəzi dövlət mətbuat orqanı olan “Türkmənistan” qəzetində Qafqaz İt Cinsləri Həvəskarları İctumai Birliyinin rəhbəri İlham Qasımzadənin məqaləsi dərc olunmuşdur. Məqalədə Türkmənistanın müstəqillik qünü münasıbətilə təbriklər, Azərbaycan-Türkmənistan dostluğu və tarixi-milli dəyərlərimiz barədə fikirlər işıqlandırılmışdır. 27 sentyabr 2021-ci il tarixdə qardaş Türkmənistan Respublikasında dövlət müstəqilliyinin 30-cu il dönümü qeyd ediləcəkdir. Eyni kök, mədəniyyət, qədim tarixi münasibətlər, həmçinin   Azərbaycan və Türkmən xalqlarını eyni dil və din birləşdirir. Müstəqillik və azadlıq eşqi ilə daima yaşayan türkmən xalqının dövlətçilik ideyalarının tarixi əslində daha qədim dövrlərə söykənmişdir. Təsadüfü deyildir ki, Şərq klassiklərindən və dünya ədəbiyyatının korifeylərindən hesab edilən Məhtumqulu Fəraqi öz yaradıcılığı ilə türkmən ədəbiyyatına vətənpərvərlik, müstəqillik və azadlıq, müstəqil dövlət qurmaq ideyası kimi mövzular gətirmişdir. Türkmənləri müstəqil Türkmən dövləti yaratmağa çağıran şair yazırdı:

Türkmənlər bağlasa bir yerə beli,

Qurudar Qülzümü, dəryayi-Nili.

Təkə, yamut, göklən, yazır, əlili

Bir padşaha qulluq etmək beşimiz.

Müasir dövrdə iki dövlət arasında olan əlaqələrin təməli ümummilli lider Heydər Əliyev və Türkmənistanın sabiq Prezidenti Saparmurat Niyazov tərəfindən qoyulub. Bu əlaqələr hazırda Prezident İlham Əliyev və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən uğurla davam etdirilir. Köklərimizin ümumiliyi, mədəniyyətlərimizin oxşarlığı qardaş xalqlarını bir-birinə daha da yaxınlaşdırır və dövlətlərimizin sıx əməkdaşlığı üçün möhkəm təməl yaradır. Hazırda Azərbaycan-Türkmənistan əməkdaşlığı həyatın bütün sahələrində dinamik inkişaf etməkdədir.Müstəqilliyini qeyd edən qardaş Türkmənistanın Dövlət Başçısı Qurbanqulu Berdiməhəmmədovun apardığı uğurlu siyasət nəticəsində ölkənin bütün sahələrində inkişaf davam etməkdədir. “Qafqaz İt Cinsləri Həvəskarları” İctimai Birliyinin rəhbəri kimi məni bu qardaş ölkənin milli sərvətlərə olan münasibəti və göstərdiyi xüsusu qayğısı daima qibtə ediləcək dərəcədə sevindirmişdir. Ulu babalarımızın  minilliklərin seleksiyası nəticəsində təkmilləşdirib bu qünə qədər gəlib  çatdırdiğı safqanlı at, it və digər heyvan növlərinin  genofondunu qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək çox önəmlidir. Qardaş Türkmənistanda bu iş daha da yüksək səviyyədə həyata keçırilir. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən milli sərvət hesab edilən it cinsləri olan Alabay barədə kitab nəşr edilmiş və paytaxtın mərkəzində bu sərvətə heykəl ucaldılmışdır. Hər il aprel ayının sonuncu bazar qünü milli sərvətlər hesab edilən Axaltəkə atı və Alabay itinin bayramı qeyd edilir. Milli sərvətlərə olan bu ali münasibət xüsusilə gənclərin vətənpərvərlik ruhunda inkişafına və tərbiyəsinə böyük töhfələr verməkdədir.Qürurlanıram ki, Axaltəkə atı və Alabay iti barədə yazılan kitablar Türkmənistanın Azərbacandakı səfirliyində mənə hədiyyə kimi təqdim edilmiş və mənə rəhbəri Türkmənistanın Baş Nazirinin müavini Sərdar Berdiməhəmmədov olan “Türkmən Alabay İtləri” beynəlxalq təşkilatının Azərbaycan üzrə nümayəndəsi  olmaq etimadı göstərilmişdir.Dünyada hər bir xalq və dövlət üçün çox önəmli olan müstəqillik şükr ki, Türkmən xalqina da nəsib olmuşdur. Bu əziz bayram münasibətilə Türkmənistan xalqını ürəkdən təbrik edirəm.Yaşasın Azərbaycan-Türkmənistan qardaşlığı!!

Hörmətlə: 

“Qafqaz İt Cinsləri Həvəskarları” İctimai Birliyinin sədri, “Türkmən Alabay İtləri” beynəlxalq assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi – İlham Qasımzadə.