Home Cəmiyyət Xətai rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid Vüqar Babayevin əziz xatirəsi anılıb

Xətai rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid Vüqar Babayevin əziz xatirəsi anılıb

206
0
SHARE

Xətai rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid Vüqar Babayevin yaşadığı ünvanda xatirə lövhəsinin qarşısında anım mərasimi keçirilib. Anım günündə II Fəxri xiyabanda şəhidin məzarı da ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdiyi şücaətdən söz açıb, onun döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildirib.

Digər çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar.

Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Şəhidin ailə üzvləri doğum günündə onun xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkür ediblər.