Home Gündəm Azərbaycan bir daha sülhsevər niyyətini ortaya qoydu-Millət vəkili

Azərbaycan bir daha sülhsevər niyyətini ortaya qoydu-Millət vəkili

225
0
SHARE

” Cənab Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə  mühüm məqamlara toxunub. Ölkə başçısı hər zaman olduğu kimi bu dəfəki müsahibəsində də özünün sülhsevər niyyətini ortaya qoydu. Erməni təcavüzkarlarının torpaqlarımızı 30 il işğal altında saxlamasına baxmayaraq biz qalib ölkə olaraq  yenə də sülhün əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın tərəfdarıyıq”.

Bu sözləri tan.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi bütün münaqişələr yalnız danışıqlar yolu ilə öz həllini tapmalıdır:

” Çox əfsus ki, dövlət başçısının bu çağırışlarını Ermənistan uzun illər düzgün dəyərləndirmədi. Onlar daim Azərbaycan torpaqlarına təcavüz etməklə, mülki əhalini qətlə yetirməklə özlərinin faşist ideologiyalarını ortaya qoydular.  Bunun nəticəsində indi biz darmadağın olmuş Ermənistan görürük. İndi onların edəcəyi yalnız  bir şey qalıb,  regionda baş verən reallıqları qəbul edərək Azərbaycanla razılığa gəlmək. Ölkə başçısı öz müsahibələrində hər zaman vurğulayır ki, Cənubi Qafqazda sabitliyi bərpa etmək üçün Ermənistanla danışıqlara hər zaman hazırdır. Nikol Paşinyan cənab Prezidentin çağırışlarına düzgün cavab verməli,  imza atdığı 10 noyabr bəyannaməsinin şərtlərini artıq  yerinə yetirməlidir. Bu şərtlərə əməl etmək Azərbaycandan daha çox Ermənistana faydalıdır”.