Home Gündəm Quru Qoşunlarının komandanı İstanbula yola düşüb

Quru Qoşunlarının komandanı İstanbula yola düşüb

174
0
SHARE

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb.

Müdafiə Nazirliyindən tan.az-a verilən məlumata görə, general Ə.Əfəndiyev İstanbulda keçirilən “Avrasiya sülhü – 2021” təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.