Home Gündəm Kamilə Əliyeva: ” Füzuli dünyanın ən müasir şəhərləri ilə rəqabət apara...

Kamilə Əliyeva: ” Füzuli dünyanın ən müasir şəhərləri ilə rəqabət apara biləcək bir şəhərə çevriləcək”

296
0
SHARE
Kamilə Əliyeva
Kamilə Əliyeva

23 avqust 1993 cü ildə Ermənistan silahlı qüvvələri Füzuli rayonunu işğal etdi. 5 yanvar 1994-cü ildə ulu öndər Heydər Əliyevin əmri və başçılığı altında Azərbaycan Silahlı Qüvvələri hücuma keçərək Füzuli rayonunun 22 kəndini işğaldan azad etmişdi.
Füzuli rayonu işğaldan əvvəl ən böyük və tarixi abidələrlə zəngin bir bölgəmiz idi. Rayon ərazisində XIII – XIV cü əsrə aid türbələrin olması bu yaşayış məntəqəsinin qədim tarixə malik olmasını və azərbaycanlılara məxsus olmasını sübut edir.
17 oktyabr 2020 ci il tarixdə Müzəffər Baş Komandan cənab lham Əliyevin başçılığı altında Azərbaycan Ordusu Füzuli rayonunu işğaldan tam azad etdı. Füzuli rayonu uğrunda aparılan hərbi əməliyyatlar Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi ən əhəmiyyətli döyüşlərdən biri idi. Ordumuz Füzuli şəhəri ilə bərabər Cəbrayıl və Xocavənd rayonlarının bir sıra kəndlərini də işğaldan azad etdi.
17 oktyabr 2020-ci il Azərbaycan tarixinə yazılan Zəfərli günlərdən biridir. Füzuli rayonundan məcburi köçkün düşmüş soydaşlarımız artıq öz doğma yurdlarına dönə biləcəklər. Köçkün düşdükdən sonra dünyasını dəyişmiş füzulilərin də ruhu bu gün şaddır.
Füzulinin işğaldan azad edilməsində Azərbaycan Ordusu böyük şücaət və qəhrəmanlıq göstərmişdir. Rayonun azad olunmasında aparılan döyüşlər II Qarabağ Müharibəsində ən ağır döyüş olmuşdur. Düşmən 30 il burada bir neçə xətdən ibarət istehkam qurmuşdur. Ermənilər bu istiqamətdə çoxlu texnika və canlı qüvvə yerləşdirmişdi. Hərbi ekspertlər Füzuli rayonunun işğaldan azad edilməsinin mümkün olmayacağını, ən yaxşı halda döyüşlərin aylarla davam edəcəyini bildirmişlər. Lakin Ali Baş Komandan cənab İlham Əliyevin bacarıqlı sərkərdəliyi altında Azərbaycan Ordusu mümkünsüzlüyü mümkün etdi. Qısa müddət ərzində erməni ordusunu, onun düzəltdiyi istehkamları darmadağın etdi. Döyüşlər zamanı ermənilər xislətlərinə uyğun dinc əhalimizi atəşə tutur, onları qətlə yetirirdilər. Şanlı Ordumuz düşmənin cavabını döyüş meydanında verirdi, dinc əhaliyə bir dənə də olsa güllə atmadı. Ermənilər məğlub olduqlarını görüb, silahlarını ataraq döyüş meydanından qaçırdılar.
2020-ci ilin noyabrın 26 da “Füzulinin işğaldan azad olunmasına görə” medalı təsis edildi. Prezident cənab İlham Əliyevin sərəncamları ilə Füzulinin azad edilməsi uğrunda döyüşüb igidlik göstərmiş 25000 dən çox hərbiçimiz bu medalla təltif olunmuşdur.
2020-ci il noyabrın 16 da tarixi anlar yaşadıq. Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərinə gəldilər. Ölkə başçısı Füzulidə Azərbaycan bayrağını qaldırdı.
Zəfər yolu olan Füzuli – Şuşa avtomobil yolunun təməlini qoydu. Füzuliyə sonrakı səfərlərində cənab İlham Əliyev Füzuli Beynəlxalq Hava limanının, Füzuli – Hadrut avtomobil yolunun və Horadiz – Ağbənd dəmir yolunun təməlini qoydu. Yaxın vaxtlarda Füzuli dünyanın ən müasir şəhərləri ilə rəqabət apara biləcək bir şəhərə çevriləcək.