Home Cəmiyyət Tovuz və Gədəbəydə şəhidlərin il mərasimi keçirildi

Tovuz və Gədəbəydə şəhidlərin il mərasimi keçirildi

287
0
SHARE
17 oktyabr 2021-ci il tarixində 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Gədəbəy rayonunun Novoivanovka kəndindən olan Cəfərov Elmar İlham oğlunun və Gədəbəy rayonunun Poladlı kəndindən olan Paşayev Firdovsi Afiq oğlunun il mərasimi keçirildi. Mərasimdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə Millət vəkili Arzu Nağıyev da iştirak edərək şəhidlərimizin valideyinlərinə və yaxınlarına başsağlığı diləklərini çatdırdı.
Bundan əlavə, Millət vəkili Tovuzun Cirdək, Gədəbəyin Novosaratovka, Novoivanovka, Poladlı kəndlərindən olan 5 Şəhid ailəsi, Tovuzun Bala Şamlıq kəndindən 2 Qazi ailəsi və digər kəndlərdən olan 14 seçicisi ilə, Qazilərlə görüş keçirdi və bir sıra problemlərin həlli ilə bağlı söhbətlər apardı…
Şəhidlərimizin ruhuna dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edildi.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!