Home Biznes və iqtisadiyyat xəbərləri Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)

Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)

210
0
SHARE

Antisanitar şəraitdə fəaliyyət göstərən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Qida Təhlükəsizliyi Agentliyindən bildirir ki, agentlik əməkdaşları tərəfindən Şəki şəhəri, Xətai küçəsində fəaliyyət göstərən fiziki şəxs Hüseynov Tərlan Tahir oğluna məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.

İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddət təmizlik işlərinin aparılmadığı, işıqlanmada istifadə edilən lampaların xüsusi mühafizəedici vasitələrlə örtülmədiyi müəyyən olunub.

Yoxlama zamanı istehsal prosesində müşayiətedici sənədləri olmayan aromat və boyalardan istifadə edildiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.