Home Cəmiyyət Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasına xidmət edən addımlara sadiq qalmağı düzgün hesab...

Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasına xidmət edən addımlara sadiq qalmağı düzgün hesab edir – Zaxarova

198
0
SHARE

Biz Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli razılaşmaların reallaşdırılmasına xidmət edən açıqlama və addımlara sadiq qalmağı düzgün hesab edirik.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, regionda nəqliyyat – kommunikasyaların açılması məsələlərinin işlənməsi üçün ən optimal format Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupudur: “Artıq bu mexanizmin səkkiz iclası keçirilib. Bütün tərəflər qrupun fəaliyyətini yüksək qiymətləndirir”.