Home Biznes və iqtisadiyyat xəbərləri Mərkəzi Bank məzənnənin süni şəkildə sabit saxlanması barədə məlumatları təkzib edib

Mərkəzi Bank məzənnənin süni şəkildə sabit saxlanması barədə məlumatları təkzib edib

192
0
SHARE

Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinin stabil səviyyədə süni şəkildə saxlanması barədə məlumatları təkzib edib.

Trend-in məlumatına görə, Bankın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında bildirib ki, bununla bağlı fikirlər həqiqəti əks etdirmir:

“Mərkəzi Bank Dövlət Neft Fondunun vəsaitlərinin transfertində yalnız agent rolunu oynayır və bu prosesi fiskal adlandırmaq olar”.