Azərbaycanın Gürcüstandakı səfirliyində 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan və Gürcüstan parlamentinin deputatları Arzu Nağıyev, Zaur Darğallı, Savalan Mirzəyev, diplomatik korpusun nümayəndələri, gürcü din xadimləri, iş adamları, ictimai-siyasi xadimlər iştirak ediblər.