Home Cəmiyyət Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycanın nüfuzunun göstəricisidir – İqor Korotçenko

Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycanın nüfuzunun göstəricisidir – İqor Korotçenko

181
0
SHARE

“COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu kimi planetar miqyaslı mötəbər tədbirin keçirilməsi Azərbaycanın nüfuzunun göstəricisidir.

Bunu Rusiyanın nüfuzlu “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib:

“Belə genişmiqyaslı forumun Bakıda keçirilməsi şəxsən məni təəccübləndirmir, çünki biz Azərbaycanın BMT-də pandemiyanın nəticələrini təhlil etmək, pandemiyanın fəsadlarının gətirdiyi çağırışlara cavab axtarmağa həsr olunmuş təşəbbüslərini xatırlayırıq”.

İ.Korotçenko vurğulayıb ki, görkəmli siyasətçilər, beynəlxalq ekspertlər “COVID-19-dan sonrakı dünya” VIII Qlobal Bakı Forumunda iştirak ediblər: “Bu, onun göstəricisidir ki, bu gün onlar təkcə Vaşinqtonda, Pekində, Moskvada, Berlində deyil, həm də Bakıda zamanın çağırışlarına cavab axtarırlar”.

Qeyd edək ki, 4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.