Home Cəmiyyət Göygöl rayon Pənahlılar kəndində təntənəli Zəfər Günü

Göygöl rayon Pənahlılar kəndində təntənəli Zəfər Günü

548
0
SHARE

Göygöl rayon Pənahlılar kəndində də deputat Elşad Mirbəşir oğlunun iştirakı ilə təntənəli Zəfər Günü qeyd edilmişdir. İlk öncə Şəhidlərin məzarı ziyarət edilərək, onların əziz xatirələri yad edilmiş, məzarlarına gül-çiçək dəstələri düzülmüşdür.
Daha sonra kənddə şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi üçün tikilən bulağın açılış mərasimi olmuşdur. Mərasimdə deputat çıxış edərək, şəhidlərimizin və qazilərimizin fədakarlığının heç nə ilə ödənə bilməyəcəyini qeyd etmiş, onların adlarının əbədiləşdirilməsi üçün daim əlindən gələni əsirgəməyəcəyini iştirakçıların nəzərinə çatdırmışdır. Deputat həmçinin zəfər tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətlərindən, onun dəmir yumruğunun əzmindən, qələbə amalı uğrunda addığı əzmli siyasi addımlarlndan söz açmışdır.
Açılış mərasimindən sonra kənddə rəsmilərin, idarə, müəssisə əməkdaşlarının, məktəbli və gənclərin də iştirakı ilə təntənəli bayram şənliyi keçirilmişdir.

 

 

 

 

as