Home Cəmiyyət Deputat Elşad Mirbəşiroğlu şəhid ailələri ilə görüşdə

Deputat Elşad Mirbəşiroğlu şəhid ailələri ilə görüşdə

336
0
SHARE

Deputat Elşad Mirbəşir oğlu Göygöl rayon İcra Hakimiyyətinin və Göygöl Gənclər Evinin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsi Şəhidlərinin ailələri ilə görüşdə iştirak etmişdir.

Görüşdə Göygöl Rayonu İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti, 1-ci və 2-ci Qarabağ müharibəsi veteranları iştirak etmişdir.
Elşad Mirbəşir oğlu tədbirdə çıxış edərək, böyük qürur hissi ilə tarixi Zəfərimizi şərtləndirən amillərdən, şəhid və qazilərimizin rəşadətindən, o cümlədən, Şuşanın azad olunmasının tarixi əhəmiyyətindən bəhs etdi . Xüsusi olaraq qeyd etdi ki, cənab Prezident İlham Əliyevin düşünülmüş, qətiyyətli və məqsədyönlü daxili və xarici siyasəti qələbəmizi şərtləndirən əsas amillərdəndir. Daha sonra şəhid ailələrinə “Zəfər Çələngi” təqdim olunmuşdur. Sonda Göygöl Gənclər Evinin təşəbbüsü ilə hazırlanmış Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş video çarxlar nümayiş etdirilmişdir.