Home Cəmiyyət Sədaqət Vəliyeva: Azərbaycan Konstitusiyası demokratikliyinə, şəffalığına və humanistliyinə görə bir sıra dünya...

Sədaqət Vəliyeva: Azərbaycan Konstitusiyası demokratikliyinə, şəffalığına və humanistliyinə görə bir sıra dünya ölkələrinə nümunədir

181
0
SHARE

“Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası, müstəqil dövlət quruculuğu prosesini nizama salan, demokratik inkişafı təmin edən hüquqi sənəddir”.Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Konstitusiyası özündə insanların hüquq və azadlıqlarını, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını ehtiva edən dünyanın ən demokratik konstitusiyalarından biridir: “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycanın bugünkü varlığının, inkşafının və gələcək tərəqqisinin hüquqi əsasıdır. Zaman keçdikdə, Azərbaycan Respublikasının inkişaf dinamikasına uyğun olaraq konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı üç dəfə ümumxalq səsverməsi – referendum keçirilərək, Ana qanunun hüquqi potensialı daha da zəngiləşdirilib”.

“Demokratik dəyərlər əsasında formalaşdırılmış Azərbaycan Respublikasının Konstitusiyası dolğun və mükəmməl bir hüquqi sənəd olaraq, xalqımızın firavanlığına və ölkəmizin tərəqqisinə xidmət edir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu gün Azərbaycan Respublikasının Konstitusiyası demokratikliyinə, şəffalığına və humanistliyinə görə bir sıra dünya ölkələrinə nümunədir.