Home Cəmiyyət İsraildə 5-11 yaşlı uşaqlar koronavirusa qarşı peyvənd olunacaq

İsraildə 5-11 yaşlı uşaqlar koronavirusa qarşı peyvənd olunacaq

208
0
SHARE

İsrail Səhiyyə Nazirliyinin baş direktoru Naxman Aş nazirliyin ekspert şurasının 5-11 yaş arası uşaqlarda koronavirusa qarşı peyvənd etməyə başlamaq tövsiyəsini təsdiqləyib.

Bu barədə ölkə Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Bildirilib ki, bu yaş qrupu üçün vaksinasiyanın başlama tarixi yaxın günlərdə müəyyən ediləcək:

“Səhiyyə Nazirliyinin baş direktoru Naxman Aş 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd edilməsi ilə bağlı ekspert şurasının tövsiyəsini qəbul edib. Bu yaş qrupu üçün vaksinasiyanın başlama tarixi yaxın günlərdə müəyyən ediləcək”.