Home Biznes və iqtisadiyyat xəbərləri Milli Məclisin üzvləri Prezident İlham Əliyevi Türk Dünyasının Ali Ordeni ilə təltif...

Milli Məclisin üzvləri Prezident İlham Əliyevi Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi münasibətilə təbrik ediblər

199
0
SHARE

Milli Məclisin üzvləri Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi münasibətilə dövlət başçısını təbrik edib.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında bildirib ki, Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib:

“Bu münasibətlə dövlət başçısını təbrik edir və uğurlar arzulayırıq” – S.Qafarova deyib.

Deputatlar da təbriklərə qoşulub və dövlət başçısına gələcək fəaliyyətində uğurlar arzulayıblar.