Home Cəmiyyət Hava kəskin dəyişəcək…

Hava kəskin dəyişəcək…

245
0
SHARE
Hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi barədə məlumat yayıb.

Tan.az -ın məlumatına görə, bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.Azərbaycanın rayonlarında noyabrın 25-i şimal-qərb qərb rayonlarından başlayaraq 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.24-ü axşamdan 25-i gündüzədək qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.  Çaylarda  sululuğun artacağı ehtimalı var.