Home Biznes və iqtisadiyyat xəbərləri Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib

Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib

189
0
SHARE

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidməti bildirir ki, telefon söhbəti zamanı Nursultan Nazarbayev helikopter qəzası nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.