Home Biznes və iqtisadiyyat xəbərləri Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı proqram hazırlanır – Zaxarova

Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı proqram hazırlanır – Zaxarova

204
0
SHARE

Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyinin qeyd olunması proqramı hazırlanır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Hazırda həm rəsmi, həm də mədəni-humanitar hissə üzrə tədbirlər planının razılaşdırılması aparılır. Ümid edirəm ki, yaxın zamanlarda biz müvafiq məlumatları verəcəyik”, – deyə M.Zaxarova bildirib.

Rusiya XİN rəsmisi əlavə edib ki, Rusiya gələn il bir sıra ölkələrlə diplomatik münasibətlərin ildönümünü qeyd edəcək və hazırda bununla bağlı proqramlar hazırlanır.