Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycanda sənaye zonalarına 250 milyon dollarlıq investisiya yatırımı gözlənilir

Azərbaycanda sənaye zonalarına 250 milyon dollarlıq investisiya yatırımı gözlənilir

196
0
SHARE

Azərbaycanda sənaye zonalarına 250 milyon dollarlıq investisiyanın yatırılması gözlənilir.

Bunu bu gün Sumqayıt Kimya Sənaye Parkı və Qarabağda yaradılan sənaye zonalarında görülən işlərə dair brifinq zamanı iqtisadi zonaların inkişafı agentliyinin idarə heyətinin sədri səlahiyyətlərini icra edən Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda 5 sənaye məhəlləsi fəaliyyət göstərir.

“Sənaye zonalarının və sənaye məhəllələrinin əsas məqsədi qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması, innovativ texnologiyalardan istifadə edərək Azərbaycanda mövcud olmayan istehsal sahələrinin açılması və genişləndirilməsi, eyni zamanda həmin məhsulların ixrac xəritəsinin genişləndirilməsidir. Hazırda sənaye zonalarında 55 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçərək fəaliyyət göstərir. İnvestisiyaları dollarla, istehsal həcmini manatla qeyd etsək, ümumilikdə 3,7 milyard dollar həcmində investisiya artıq yatırılıb və gələcəkdə də yarım milyard manat, yəni 250 milyon dollarlıq investisiyanın yatırılması gözlənilir və 1500 yeni iş yerinin açılması planlaşdırılır”, – E.Nuriyev deyib.