Home Biznes və iqtisadiyyat xəbərləri Sumqayıt Kimya Sənaye Parkında gələn il yeni müəssisələr açılacaq

Sumqayıt Kimya Sənaye Parkında gələn il yeni müəssisələr açılacaq

270
0
SHARE

Sumqayıt Kimya Sənaye Parkında 2022-ci ildə daha 3 müəssisə fəaliyyətə başlayacaq.

Bunu bu gün Sumqayıt Kimya Sənaye Parkı və Qarabağda yaradılan sənaye zonalarında görülən işlərə dair brifinq zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri səlahiyyətlərini icra edən Elşad Nuriyev deyib.

“Sumqayıt Kimya Sənaye Parkına diqqət etsək, deyə bilərik ki, burada fəaliyyət göstərən rezidentlərin istehsal həcmi və ixrac həcmi genişlənməkdədir. Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyət göstərən rezidentlərdən əlavə 2021-ci ildə 2 rezident də fəaliyyətə başladı: şüşə istehsalı müəssisəsi və akkumulyatorların utiliziyasiyası müəssisəsi. 2022-ci ilin birinci yarısında biz daha 3 müəssisənin fəaliyyətə başlamasını gözləyirik. Bunlar şüşə tara istehsalı, sulfat istehsalı və qablaşdırma məhsulları istehsalı üzrə müəssisələrdir”, – E.Nuriyev deyib.