Home Biznes və iqtisadiyyat xəbərləri Hikmət Hacıyev: Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı

Hikmət Hacıyev: Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı

181
0
SHARE

Sosial mediada hökm sürən dezinformasiyanın qurbanlarından biri də Azərbaycandır. Biz bunu Azərbaycanın 44 günlük Vətən müharibəsində gördük. Müharibə dövründə Ermənistanın yaydığı yalan xəbərlərə öz vətəndaşları da inanırdılar. Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı. Bu yolda bizə dəstək verən hər bir kəsə öz minnətdarlığımızı bildiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya- “Stratcom 21” Sammitinin açılış mərasimində çıxışı zamanı ifadə edib.

Ermənistanın Azərbaycanı tarixi Qarabağ torpağında törətdiyi vandalizm aktlarına toxunan Azərbaycan Prezidentinin köməkçisi ölkəmizin o bölgələri yenidən quraraq ermənilərə ən gözəl cavabı verdiyini deyib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul