Home Biznes və iqtisadiyyat xəbərləri Abşeron rayonunda Ümumilli Lider Heydər Əliyevin anım günü münasibətilə 44 günlük Vətən...

Abşeron rayonunda Ümumilli Lider Heydər Əliyevin anım günü münasibətilə 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə 3000 agac əkildi

216
0
SHARE

Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Qırmızı Ürəklər Fondunun birgə təşkilatçılığı ilə Abşeron rayonunda həyata keçirilən Ümumilli Lider Heydər Əliyevin anım günü münasibətilə 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyasında hər şəhidimizin xatirəsinə həsr edilmiş bir ağac (3000-ə yaxın) əkildi.

10 dekabr tarixində keçirilmiş ağacəkmə aksiyasında Millət vəkilləri Şahin Seyidzadə Müşfiq MəmmədliAzərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İdarə Heyətinin fəal  üzvləri, Şəhid ailələri və Qazilər iştirak ediblər.

Aksiya zamanı çıxış edənlər Ulu Öndər Heydər Əliyevin   Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycançılıq məfkurəsinin möhkəmlənməsi istiqamətində gördüyü tarixi əhəmiyyətli fəaliyyətindən söz açdılar. Bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin Qarabağla bağlı arzusunun gerçəkləşməsində onun siyasi kursunun layiqli davamçısı müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun fədakarlığı, ümumxalq birliyinin nəticəsində  Qarabağtorpaqlarımız erməni işğalçılarından azad edilərək xalqımız qələmə Zəfəri qazanmışdır. Bu Tarixi Zəfərin əldəedilməsində xalqımızın vətənpərvər örnəyi olan Şəhidlərimiz qan tökərək Şəhidlik şəhadətinə qovuşaraq, Qazilərimiz sağlamlığını itirərək 30 illik Qarabağ həsrətinəson qoydular.