Home Biznes və iqtisadiyyat xəbərləri Məntəqə seçki komissiyalarının formalaşması başa çatmaq üzrədir – Məzahir Pənahov

Məntəqə seçki komissiyalarının formalaşması başa çatmaq üzrədir – Məzahir Pənahov

156
0
SHARE

Məntəqə seçki komissiyalarının formalaşması başa çatmaq üzrədir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

“Demək olar ki, bütün dairələrdə işlər yekunlaşıb. Sadəcə bəzi dairələrdə iclas keçirilib, təsdiq olunma qalmışdı”, – deyə o bildirib.

Onun sözlərinə görə, məntəqə seçki komissiyalarının formalaşması dairə seçki komissiyaları tərəfindən həyata keçirilir: “Biz də bu prosessi daim nəzarətdə saxlayırıq”.