Home Biznes və iqtisadiyyat xəbərləri Moskvada beş ölkənin XİN rəhbərlərinin müavinlərinin ilk görüşünün nəticələrini müsbət qiymətləndirmək olar...

Moskvada beş ölkənin XİN rəhbərlərinin müavinlərinin ilk görüşünün nəticələrini müsbət qiymətləndirmək olar – Ceyhun Bayramov

161
0
SHARE

Bir neçə gün bundan əvvəl Moskvada beş ölkənin – Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilib. Azərbaycan və Türkiyə prezidentləri 3+3 formatının təşəbüskarı olublar.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu təşəbbüslə bağlı danışıqlar gedib

“Ermənistanın da bu regional təşəbbüsə qatılmaqda tərəddüdləri var idi. Təzadlı, bir-birini istisna edən bəyanatlar verirdilər. Onlar da bu formata qatıldılar. İlk görüş üçün danışıqların nəticələrini müsbət qiymətləndirmək olar. Bütün tərəflər regionda sülh və əminamanlığın bərba edilməsi, o cümlədən, nəqliyyat layihələrinin reallaşmasını müzakirə edib”, – deyə XİN başçısı qeyd edib.

O qeyd edib ki, növbəti belə görüşlərin rotasiya əsasında digər paytaxtlarda keçirilməsi ilə bağlı qərar qəbul edilib.

“Xarici işlər nazirləri bu istiqamətdə kordinasiya rolunu həyata keçirəcəklər. Gələcəkdə daha yüksək səviyyəli görüşlərin keçirilməsi istisna edilmir”, – deyə o bildirib.