Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev: Çox istərdim ki, bizim digər futbol klublarımız “Qarabağın” yolu...

Prezident İlham Əliyev: Çox istərdim ki, bizim digər futbol klublarımız “Qarabağın” yolu ilə getsin və mən onlarla da görüşüm

417
0
SHARE

Çox istərdim ki, bizim digər futbol klublarımız sizin yolunuzla getsin və mən onlarla da görüşüm, onları da nailiyyətlər, uğurlar münasibətilə təbrik edim.

Bunu Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Mən sizinlə üçüncü dəfə görüşürəm – 2014-cü ildə, 2017-ci ildə və bu dəfə. Nə üçün? Çünki siz ölkəmizə, xalqımıza qələbələr gətirirsiniz və çox istərdim ki, bizim digər futbol klublarımız sizin yolunuzla getsin və mən onlarla da görüşüm, onları da nailiyyətlər, uğurlar münasibətilə təbrik edim. Əminəm ki, bu da olacaq. Amma “Qarabağ” yenə də deyirəm, hələlik Azərbaycan futbolunun aparıcı komandası olaraq qalır. Sizə yeni mərhələdə uğurlar, nailiyyətlər, qələbələr arzulayıram. Bir daha sizi təbrik edirəm”.