Gürcüstanla uğurlu ikitərəfli əməkdaşlıq çoxsaylı iqtisadi layihələrlə dəstəklənir.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “twitter” hesabındakı paylaşımında bildirib.
“Bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri xanım Natela Turnava ilə görüşdə ticarət əlaqələrimizin genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşları barədə müzakirələr apardıq”, – deyə nazir qeyd edib.