Home Biznes və iqtisadiyyat xəbərləri Zəngəzur dəhlizinin açılması turizm sahəsində yeni prioritetləri müəyyən edir – Musa Quliyev

Zəngəzur dəhlizinin açılması turizm sahəsində yeni prioritetləri müəyyən edir – Musa Quliyev

193
0
SHARE

Zəngəzur dəhlizinin açılması turizm sahəsində yeni prioritetləri müəyyən edir və qarşıya yeni çağırışlar qoyur.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, pandemiyaya qədər turizm dinamik inkişaf edən sahələrdən biri olub:

“Turizm potensialının səmərəli istifadəsi nəticəsində 2019-cu ildə Azərbaycana səfər edən turistlərin sayı xeyli artıb və onların ölkədə xərclədiyi vəsait 3 milyard manata qədər olub”, – M.Quliyev bildirib.