Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında dialoqun inkişafı qarşılıqlı ticarətin fəallaşmasına xidmət edə...

Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında dialoqun inkişafı qarşılıqlı ticarətin fəallaşmasına xidmət edə bilər – Zaxarova

189
0
SHARE

Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında dialoqun inkişafı qarşılıqlı ticarətin fəallaşmasına xidmət edə bilər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Bildiyiniz kimi, Avrasiya İqtisadi İttifaqı sıx inteqrasiya və əməkdaşlıqda maraqlı olan ölkələr üçün açıqdır. İlk növbədə, biz Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələri olan MDB ölkələrini nəzərdə tuturuq. Pandemiya ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, Avrasiya İqtisadi İttifaqının bir çox makroiqtisadi göstəriciləri müsbət dinamika nümayiş etdirib. Ona görə də Azərbaycanın istənilən formatda Avrasiya İqtisadi İttifaqı ilə dialoqunun inkişafı qarşılıqlı ticarətin fəallaşması və regionda nəqliyyat arteriyalarının açılmasına, irimiqyaslı regional infrastruktur layihələrinin reallaşdırılmasına xidmət edə bilər”, – deyə o bildirib.