Home Biznes və iqtisadiyyat xəbərləri Türkiyənin şərqində polis və jandarma xüsusi təyinatlıları 9 terrorçunu məhv edib

Türkiyənin şərqində polis və jandarma xüsusi təyinatlıları 9 terrorçunu məhv edib

208
0
SHARE

Türkiyənin şərqindəki Tunceli vilayətində Eren Kış antiterror əməliyyatının altıncı mərhələsi çərçivəsində 9 PKK terrorçusu zərərsizləşdirilib, yaraqlıların 140 sığınacağı məhv edilib, çoxlu sayda silah və sursat ələ keçirilib.

Tunceli vilayətinin Mercan bölgəsində PKK terror təşkilatı yaraqlılarına qarşı əməliyyatda 1060-a qədər xüsusi təyinatlı iştirak edir.

Terrorçuların cəmləşə biləcəyi ərazilərdə axtarışlara Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət 72 qrup cəlb olunub. Məhv edilən silahlılardan 5-i Türkiyə DİN xəttiylə axtarışda olan xüsusi təhlükəli terrorçular siyahısında olub.

Davam edən antiterror əməliyyatına hücum PUA-ları, hərbi helikopterlər və təyyarələr də cəlb olunub.