Home Biznes və iqtisadiyyat xəbərləri Şahin Seyidzadə Qobustan rayonu Çuxanlı kəndində növbəti fərdi vətəndaş qəbulu keçirdi

Şahin Seyidzadə Qobustan rayonu Çuxanlı kəndində növbəti fərdi vətəndaş qəbulu keçirdi

226
0
SHARE

Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Qobustan rayonunun Çuxanlı kəndində fərdi vətəndaş qəbulu keçirib.

Dekabr ayının 21-də Çuxanlı, Təklə və Çalov kəndlərindən olan vətəndaşların iştirakı ilə keçirilmiş qəbulda infrastruktur, məşğulluq, torpaq, əmlak, sosial təminat və sağlamlıq məsələləri ətrafında müraciətlər səsləndirilmişdir.

Qəbul zamanı Millət vəkili vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə məlumat vermişdir.

Qobustan rayonu Çuxanlı kəndində fərdi vətəndaş qəbulu keçirildi.

Dekabr ayının 21-də Qobustan rayonu Çuxanlı kəndində Çuxanlı, Təklə və Çalov kəndlərindən olan vətəndaşların iştirakı ilə fərdi qəbul həyata keçirilmişdir.

Qəbulda vətəndaşlar tərəfindən məşğulluq, sosial müdafiə,sağlamlıq, təhsil, kənd təsərrüfatı, infrastruktur və torpaq mövzuları ətrafında müraciətlər səsləndirilmişdir.