Home Biznes və iqtisadiyyat xəbərləri 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası layihəsi hazırlanıb – Nazir müavini

2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası layihəsi hazırlanıb – Nazir müavini

221
0
SHARE

Ölkə iqtisadiyyatının bütün sahələrində strateji hədəfləri, həmin hədəflərə çatmaq üçün həyata keçiriləcək əsas islahatları və tədbirləri ehtiva edən 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının layihəsi hazırlanıb.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.

S.Ələkbərov bildirib ki, layihədə əksini tapmış tədbirlərin reallaşdırılması qarşımızda duran başlıca çağırışa – ölkə iqtisadiyyatını dərindən şaxələndirməyə və onun beynəlxalq rəqabət qabiliyyətini artırmaqla neftdən asılılığı minimuma endirməyə, iqtisadi artımın sürətini və dayanıqlılığını gücləndirməyə imkan verəcək.

“Yeni strategiya uğurla həyata keçirildiyi təgdirdə, 2022-2026-cı illərdə ÜDM-in orta illik artım tempinin 3,9%, o cümlədən qeyri-neft sektorunda 5% səviyyəsində formalaşması, cari məzənnə ilə adambaşına düşən nominal ÜDM-in 6213 ABŞ dollarına çataraq yekunda 2021-ci ilin gözlənilən göstəricisi ilə müqayisədə 1,3 dəfə artırılması təmin olunacaqdır”, – deyə nazir müavini qeyd edib