Home Biznes və iqtisadiyyat xəbərləri Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb – Sahib Ələkbərov

Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb – Sahib Ələkbərov

177
0
SHARE

Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb, burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, aptek, mağaza və yeməkxana təşkil olunub.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.

S.Ələkbərovun sözlərinə görə, əraziyə asfalt yol, su xətti çəkilib, işıqlandırmada günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

“Araz vadisi iqtisadi zonası Sənaye Parkı yaradılıb, artıq bu parkın ilk rezidentlərindən biri, Rusiya Federasiyasının “Kamaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” istehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulub. Mərkəzdə “Kamaz”la yanaşı digər yük avtomobillərinə, habelə kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidmətləri göstəriləcəkdir.Bu Sənaye Parklarında fəaliyyət göstərmək istəyən investorlarla fəal iş aparılır. Su, qaz, enerji təchizatı ilə bağlı lazımi işlər həyata keçirilir.

Qarabağın və Şərgi Zəngəzurun bərpa olunan enerji mənbələrindən, ekoloji təmiz və səmərəli yaşıl texnologiyalardan maksimum istifadə etməklə yaşıl enerji zonasına çevrilməsi üçün tədbirlər görülür”, – deyə nazir müavini bildirib.