Home Biznes və iqtisadiyyat xəbərləri Milli Məclisin sədri: Vətən müharibəsində qazanılan Zəfər Prezident İlham Əliyevin siyasi diplomatik...

Milli Məclisin sədri: Vətən müharibəsində qazanılan Zəfər Prezident İlham Əliyevin siyasi diplomatik məharətinin nəticəsi idi

222
0
SHARE

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbəni qurur hissi ilə vurğulamalıyıq. Bu Zəfər Prezident İlham Əliyevin böyük sərkərdəlik, siyasi diplomatik məharətinin nəticəsi idi. Məhz buna görə xalqımız Prezident İlham Əliyevi tarixi Qələbəmizin memarı hesab edir. Azərbaycanın ərazi bütövlüyünü təmin edən Prezident həm də ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 24-də keçirilən plenar iclasında deyib.

“Prezidentin müəyyən etdiyi strateji yol xəritələri sırasında Qarabağa Böyük Qayıdışı xüsusi qeyd etmək istərdim. Torpaqlarımızın işğaldan azad olunmasından dərhal həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verilib. Həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası Azərbaycanın ümumi inkişafına da böyük təkan verəcək. Zəngəzur dəhlizi layihəsi ölkəmizin tranzit potensialını daha da gücləndirəcək, nəinki region, Avropa üçün də geniş imkanlar açacaq”, – deyə parlamentin sədri qeyd edib.

Sahibə Qafarova bildirib ki, yubileyi ilə əlaqədar Milli Məclis deputatları adından Prezident İlham Əliyevə təbrik məktubu hazırlanıb.