Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində hərbi hissənin...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində hərbi hissənin açılışında iştirak ediblər

185
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.

Müzəffər Ali Baş Komandan hərbi hissəyə döyüş bayrağını təqdim edib.

Sonra dövlətimizin başçısı, birinci xanım və oğulları təlim mərkəzi ilə tanış olub və təlim fəaliyyətini izləyiblər.