Home Biznes və iqtisadiyyat xəbərləri Ceyhun Bayramov: Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasını...

Ceyhun Bayramov: Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasını təklif edir

196
0
SHARE

Azərbaycan qardaş Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasını tam dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Türkiyənin bütün səviyyələrdə verdiyi mesajları yüksək qiymətləndirir. “Biz dövlətlərarası münasibətlərin normallaşmasından danışırıqsa, münasibətlərin normallaşmasının bir əsası olmalıdır. Bu da beynəlxalq hüququn norma və prinsipləridir. Biz beynəlxalq hüququn norma və prinsipləri əsasında dövlətlərlə münasibətləri inkişaf etdiririk. Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasını təklif edir”, – deyə nazir əlavə edib.