Home Biznes və iqtisadiyyat xəbərləri Hərbçilərə göstərilən qayğı və diqqət onları qələbələrə ruhlandırır – KOMİTƏ SƏDRİ ŞƏRH...

Hərbçilərə göstərilən qayğı və diqqət onları qələbələrə ruhlandırır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

233
0
SHARE

“Azərbaycan Ordusunun təcavüzkar erməni silahlı qüvvələri üzərində tarixi qələbəsi cəsur əsgər və zabitlərimizin şücaətini mübarizliyini bütün dünyaya göstərdi. Bu, əlbəttə ki, son illər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi qayğı və diqqətin nəticəsi kimi qiymətləndirilməlidir.” Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, ordumuzun modernləşdirilməsi, NATO standartlarına uyğun formalaşması, əsgər və zabitlərimizin vətənpərvərlik hissinin artırılması, onlara qayğı və diqqətin göstərilməsi son illərdə ölkə rəhbərinin diqqət mərkəzində olub və bu sahədə çox mühüm tədbirlər həyata keçirilibdir.

“Düşmən üzərində qazanılan qələbə tarixi bir qələbə olmaqla bərabər, həm də Azərbaycan əsgərinin bundan sonra bütün maneələri qət etmək iqtidarında olduğunu nümayiş etdirməklə, Azərbaycan xalqının vətən, torpaq uğrunda mübarizliyinin ifadəsi idi. Əlbəttə ki, bu hər birimizi sevindirir və ölkə rəhbərinin tapşırıqları əsasında bu gün də orduda çox mühüm tədbirlər həyata keçirilməkdədir. Cənab Prezident Xocavənd rayonunun Hadrut qəsəbəsində, eləcə də Şuşada olduğu günlər ərzində hərbçilərlə görüşləri zamanı bir daha bunları xatırlatdı və bildirdi ki, ordu quruculuğunun möhkəmləndirilməsi, ölkənin milli təhlükəsizliyinin təmin edilməsi üçün nə lazımdırsa ediləcəkdir.

Son illər əsgər və zabitlərə göstərilən qayğı, 2200-dən çox hərbçi ailəsinin dövlət rərəfindən mənzillə təmin edilməsi, müəyyən əmək haqlarının artırılması, onların maddi rifah halının, şəraitinin yaxşılaşdırılması əlbəttə ki, qürurvericidir. Bu il daha 130 nəfər hərbçi iləsinə mənzil verilməsi nəzərdə tutulubdur. Digər tərəfdən hərbçilərə göstərilən qayğı və diqqət onları yeni qələbələrə ruhlandırır. Biz müharibə günlərində də bunun bir daha şahidi olduq və əsgər və zabitlərimizin o qətiyyətli mübarizəsi deməyə imkan verir ki, Azərbaycan Ordusu güclüdür, Azərbaycan Ordusu hər hansı bir düşmən üzərində qalib gəlməyə qadirdir.

Sözsüz ki, bu, ölkədə həyata keçirilən çox mühüm tədbirlərin ilk növbədə ölkə iqtisadiyyatının inkişafının və eləcə də zabit-əsgər kontingentinə diqqətin bir ifadəsi sayılmalıdır. Bu qayğı və diqqət deməyə əsas verir ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi formalaşacaq və bundan sonra ölkənin müdafiə qüdrətinin artırılması hərhansı maneələrin aradan qaldırılması üçün öz süzunu deyəcəkdir”, deyə Tahir Rzayev bildirib.