Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyevin 60 illiyini Qarabağda, Şuşada, Cıdır düzündə keçirməsinin böyük siyasi...

Prezident İlham Əliyevin 60 illiyini Qarabağda, Şuşada, Cıdır düzündə keçirməsinin böyük siyasi və mənəvi mesajları var

187
0
SHARE

“İllərdir ki, Prezident İlham Əliyev ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edir. Ad günlərində Prezident İlham Əliyev adətən məcburi köçkünlər şəhid ailələri üçün nəzərədə tutulan sosial obyektlərin açılışlarında iştirak edir. Bu cür əlamətdar günlərində Prezident  şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edib,60 illiyini isə Qarabağda – Şuşada keçirib. Bunun isə siyasi olduğu kimi həm də böyük mənəvi mesajları vardır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, ötən 18 il ərzində xalqın dəstəyinə arxalanaraq praqmatik və rasional siyasət yürüdən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək Qarabağı, Şuşanı işğaldan azad edib: “60 illiyini Qarabağda – Şuşada keçirən Prezident İlham Əliyev məşhur Cıdır düzündə çıxış edərək bir daha qeyd edib ki, 2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq. Heç şübhəsiz ki, hədəfinə nail olmuş Azərbaycan xalqı işğal altındakı torpaqlarını Lideri ətrafında sıx birləşməklə, Ordusuna dəstək olmaqla azad etdi. Xalq öz Prezidentinə və Qələbəyə hər zaman inanırdı. Artıq Vətənimizin bayrağı işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Şuşada dalğalanır və bu müqəddəs məqsədə şəhidlərimizin qanı-canı bahasına nail olunub.

“Vahid amal, bir müqəddəs ideya uğrunda birləşərəkistədiyinə nail olan xalq bu gün həmrəyliyinin bəhrəsini yaşayır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bundan sonra Azərbaycan xalqı Qarabağda, Şuşada, Şərqi Zəngəzurda əbədi yaşayacaq: “Prezident İlham Əliyevin söylədiyi kimi, Qarabağda Azərbaycan muğamı əbədi səslənəcək. Şuşada təşkil olunan tədbirlər bu torpaqların Azərbaycan xalqına, mədəniyyətinə məxsus olmasını təsdiqləyir. Şuşada Cıdır düzündə yenə də Azərbaycan musiqisinin səsi gəlir. “Xarıbülbül” festivalında Ulu ÖndərHeydər Əliyev necə böyük inamla, sevgi ilə deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. Budur, artıq Azərbaycan xalqı Qarabağdadır, Şuşadadır. Bundan sonra da Qarabağda Azərbaycan muğamı əbədi səslənəcək, bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq.