Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev daha bir qrup hərbi qulluqçuya rütbələr verib

Prezident İlham Əliyev daha bir qrup hərbi qulluqçuya rütbələr verib

216
0
SHARE

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Zaur Qasım oğlu Abdullayevə

general-mayor Mayıl Seminar oğlu Şahverdiyevə

general-mayor Yusif Həsən oğlu Mirzəyevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyova.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.