Home Biznes və iqtisadiyyat xəbərləri Sədaqət Vəliyeva: Prezidentimiz bizə qürurumuzu, inamımızı qaytardı, bizi qalib xalqa çevirdi

Sədaqət Vəliyeva: Prezidentimiz bizə qürurumuzu, inamımızı qaytardı, bizi qalib xalqa çevirdi

242
0
SHARE

Vətən müharibəsinin bitməsinə baxmayaraq, müharibədən əvvəl olduğu kimi müharibədən sonra da Ali Baş Komandan İlham Əliyev hərbi sahəyə böyük diqqət ayırır. Prezident  İlham Əliyev tərəfindən hərbi quruculuq sahəsində kompleks şəkildə islahatlar aparılır, işğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissələr, hərbi şəhərciklər yaradılır, ordu arsenalına ən müasir silahlar və texnikalar daxil edilir, qoşun növlərinin döyüş qabiliyyəti artırılır. Eyni zamanda, hərbçilərin sosial vəziyyətinin yüksəldilməsi də dövlətimizin hərbi siyasətinin prioritet hədəflərindəndir. Orduda qüsursuz xidmətləri ilə fərqlənən hərbçilər dövlət tərəfindən mənzillərlə təmin olunur ki, bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən evlə təmin edilib. 2021-ci ilin sonuna qədər isə daha 130 hərbçi ailəsinin yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Əlbətdə sadalanan bu faktlar Prezident İlham Əliyevin orduya olan yüksək diqqət və qayğısının nəticəsidir. Məhz,bu diqqət və qayğı nəticəsində bu gün Azərbaycan Ordusu dünyada qalib ordu kimi tanınır. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Vətən müharibəsinin başa çatmasından 1 ildən çox vaxt keçsə də, hələ də dünyada hərb sahəsi üzrə inkişaf etmiş ölkələrin hərbi ekspertləri Azərbaycan Ordusunun müasir döyüş taktikasından və həyata keçirdiyi əməliyyatlardan danışır: 44 günlük Vətən müharibəsində xüsusi hərbi və strateji əhəmiyyət daşıyanəməliyyatlardan biri də Hadrut əməliyyatı idi. Hadrutun işğaldan azad edilməsi böyük zəfərimizin başlanğıcı idi.Müzəffər Azərbaycan Ordusu tərəfindən 2020-ci ilin oktyabrın 9-da işğaldan azad edilən Hadrut qəsəbəsində erməni mənfurları tərəfindən 30 il ərzində güclü istehkamlar və bir neçə xətli müdafiə sədlərinin qurulmasına baxmayaraq, Azərbaycan hərbçilərinin yüksək peşəkarlığı, fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı nəticəsində Hadrut qəsəbəsi işğaldan azad olundu. Heç şübhəsiz ki, Hadrutun işğaldan azad edilməsi Ermənistan üçün çox böyük mənəvi-psixoloji sarsıntı və itki oldu. Hələ o zaman yaranmış mənəvi-psixiloji sarsıntıdan yayınmaq üçünerməni yalanları işə düşmüşdü. Ermənistan hökumətimüharibənin gedişatı zamanı Hadrutu itirmədikləri və Hadrutun onların nəzarətində olması kimi yalan informasiya yaymağa başlamışdılar. Əlbəttə bu yalanlara yalnız ermənilərin özləri inanırdılar.

Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu Ermənistan orudusu ilə yanaşı bütün erməni yalanlarını da məhv etdi” – ikinci Qarabağ müharibəsi kimin kim olduğunu bütün dünyaya sübut etdi: Dünya ermən əsgərlərinin qorxaqlığının, min bir bəhanə ilə ordudan yayınmasının və qalib Azərbaycan əsgərinin qarşısından necə qaçmasının şahidi oldu. Əlbəttə, ikinci Qarabağ müharibəsinindəki parlaq qələbəmizin memarı Ali Baş Komandan İlham Əliyevdir. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsindəki qələbə ilə dünyaya sübut etdi ki, Azərbaycan xalqı qalib xalqdır. Bu qələbə ilə Prezidentimiz bizə qürurumuzu, inamımızı qaytardı, biziqalib xalqa çevirdi.