Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

255
0
SHARE

Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.

Trend həmin məktubları təqdim edir:

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan:

– Hörmətli İlham Heydər oğlu.

Bizim “Alma Mater”in bütün kollektivi adından yubileyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Siz uzun illərdir ki, müdrik rəhbər kimi əvvəlki nəsillərin təşəbbüslərini uğurla davam etdirir, aktual məsələlərin həlli yanaşmalarına zəruri innovasiya elementləri daxil edirsiniz. Avrasiya məkanının əsas ölkələrindən biri olan Azərbaycan çoxmillətli dünyəvi dövlətin möhkəm təməli üzərində sosial-iqtisadi sahəni inkişaf etdirir, beynəlxalq əlaqələrini fəal surətdə genişləndirir və möhkəmləndirir.

Sizin Vətənə sədaqətiniz və müstəsna peşəkarlığınız heyranlıq doğuran şəxsi keyfiyyətlərinizlə sıx əlaqələnir. Sizin ailənizi, uşaqlarınızı yaxşı tanıdığım üçün düşünürəm ki, onlar Əliyevlərin yaşlı nəslinin ən yaxşı xüsusiyyətlərini əxz ediblər və həmin nəslin əfsanəvi ənənələrini qoruyub saxlayırlar.

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza bir daha möhkəm cansağlığı arzularımı, gözəl Azərbaycana firavanlıq və əmin-amanlıq diləklərimi qəbul edin.

***

Rusiya Federasiyasının “Rostex” Dövlət Korporasiyasının Baş direktoru Sergey Çemezovdan:

– Hörmətli İlham Heydər oğlu.

Yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Son illərdə Azərbaycan Respublikasının hərtərəfli uğurlu inkişafı, heç şübhəsiz, Sizin çox zəngin təcrübəniz, bilikləriniz, peşəkarlığınız və təşkilatçılıq qabiliyyətinizlə bağlıdır.

Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının təşkilatları və “Rostex” Dövlət Korporasiyasının birgə layihələrinin həyata keçirilməsi məsələlərinə şəxsən göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirmək istərdim.

Hörmətli İlham Heydər oğlu, icazə verin, yubileyiniz münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, uzun ömür, gümrahlıq, Sizə, bütün doğmalarınıza və yaxınlarınıza əmin-amanlıq, firavanlıq arzularımı bildirim.

***

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru Alevtina Çernikovadan:

– Möhtərəm cənab Prezident,

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Siz öz ölkənizin həqiqi lideri kimi həmvətənləriniz arasında haqlı olaraq hörmət və nüfuz qazanmısınız. Sizin təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına, dövlətin intellektual potensialının möhkəmlənməsinə və onun vətəndaşlarının rifahının yüksəlməsinə şərait yaradır.

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universiteti ilə Azərbaycan Respublikasını təhsil, elm, gənclərin akademik mübadiləsi sahəsində çoxillik əməkdaşlıq telləri bağlayır. Universitetdə Azərbaycandan olan onlarla gənc təhsil alır və onlar dünya bazarında öz ölkəsinin rəqabət qabiliyyətini artırmaqla onun modernləməsinə layiqli töhfə verə biləcəklər.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji, Azərbaycan Respublikası naminə uzun illər boyu səmərəli fəaliyyət göstərməyi arzulayıram.

***

Gürcüstanın Ticarət və Sənaye Palatasının Baş direktoru, fövqəladə və səlahiyyətli səfir, professor David Aptsiauridən:

– Əziz İlham Heydər oğlu,

Sizi yubileyiniz münasibətilə səmimi-qəlbdən və məmnuniyyətlə təbrik edirəm.

Siz dahi Heydər Əliyevin işini davam etdirərək, Azərbaycanın milli inkişafında və ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində əldə olunmuş heyrətamiz nailiyyətləri daha da artırdınız.

Azərbaycanın ərazi bütövlüyünün bərpasına verdiyiniz qətiyyətli töhfə, şübhəsiz ki, tarixdə müdrik rəhbərlik, xalqın mənafeyinə və dövlətin inkişafına fədakar xidmət nümunəsi kimi qalacaq.

Sizin Azərbaycan və Gürcüstan arasında qardaşlıq münasibətlərinin inkişafına verdiyiniz töhfə əvəzsizdir.

Ailənizə, yaxınlarınıza və dostlarınıza qarşı göstərdiyiniz doğmalıq, diqqət və qayğı kimi gözəl insani keyfiyyətlərinizi xüsusi qeyd etmək istərdim.

Sizə və gözəl ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycanın çiçəklənməsi yolunda daha böyük uğurlar arzulayıram.

***

Misirdə fəaliyyət göstərən Ərəb Elektron Media Birliyinin sədri Feysəl Xəlifə Əl-Səvvağdan:

– Zati-aliləri.

Altmış illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan sevinc hissi duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan xalqı hər kəsin şahidi olduğu tərəqqi və firavanlıq, bizimlə dost ölkəniz beynəlxalq miqyasda yüksək nüfuz əldə edib. Bütün bunlar Sizin fədakar xidmətləriniz, xalqınızın dəyanəti, dövlətinizin qüdrəti sayəsində mümkün olub və beynəlxalq birlik tərəfindən təqdir edilir.

Sizin rəhbərliyiniz sayəsində Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasındakı münasibətlər yüksək səviyyədə inkişaf etmişdir və təqdirəlayiqdir. Bu isə Ərəb Elektron Media Birliyində biz jurnalistlərə və şəxsən mənə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi ilə bağlı hüquqlarını dəstəkləməyə, erməni təcavüzünü pisləməyə stimul verib. Biz jurnalist olaraq malik olduğumuz gücümüz çərçivəsində kütləvi informasiya vasitələrində dost ölkəniz öz qanuni hüquqlarına nail olana qədər ona dəstəyimizi nümayiş etdirmişik.

Sizi ürəkdən təbrik edir və möhkəm cansağlığı arzulayıram.

***

Fransanın “CIFAL” şirkətlər qrupunun prezidenti Jil Remidən:

– Cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə böyük sevinc hissi ilə təbrik edirəm.

Hamının həyatında, xüsusilə də bir dövlət başçısının həyatında bu gün daha əlamətdardır. Bu yubileyi məhz Sizin əzmkarlığınız və həlledici qərarlarınız sayəsində ərazi bütövlüyü bərpa edilmiş ölkənizdə qeyd edirsiniz.

Sizə cansağlığı, xoşbəxtlik, uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Cənab Prezident, Sizə səmimi salamlarımı və ən dərin ehtiramımı qəbul edin.

***

İtaliyanın Azərbaycandakı sabiq səfiri, Qərargahı Genuya şəhərində yerləşməklə Liquriya, Pyemont, Valle d’Aostra və Lombardiya regionlarında Azərbaycanın fəxri konsulu Marqarita Kostadan:

– Cənab Prezident,

Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizə ən səmimi və xoş arzularımı çatdırmaq, Azərbaycanın ərazi bütövlüyünün bərpası sevincini Sizinlə bölüşmək istəyirəm.

Qarabağdakı şəhərlərimiz minalanmış və böyük əksəriyyəti dağıdılmış olsa da, Sizin də qeyd etdiyiniz kimi, onları bərpa edəcək və əvvəlkindən də gözəl edəcəyik. Mən buna əminəm.

Doğum gününüz mübarək!

***

Fransanın Strasburq şəhərindən “COJEP INTERNATIONAL” təşkilatının prezidenti Ali Gedikoğludan:

– Cənab Prezident,

Sizi “COJEP INTERNATIONAL” təşkilatı adından və şəxsən öz adımdan yubileyiniz münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, bölgədə sülh və sabitliyin gücləndirilməsi istiqamətində fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətli Prezident, Sizin regionda sülhün və sabitliyin, mədəniyyətlərarası dialoqun qorunması ilə bağlı gördüyünüz işləri ürəkdən təqdir edirik.

Sizi bir daha təbrik edir, Zati-alinizə müvəffəqiyyətlər diləyirəm.

***

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviçdən:

– Zati-aliləri.

Hörmətli İlham Heydər oğlu.

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz haqlı olaraq dünyanın ən təcrübəli və parlaq liderlərindən biri sayılırsınız. Sizin səmərəli rəhbərliyinizlə Azərbaycan Respublikası yüksək sosial-iqtisadi inkişaf templəri nümayiş etdirir və dünya arenasında layiqli nüfuz qazanmışdır.

Sizə cansağlığı, firavanlıq, xoş əhval-ruhiyyə və böyük uğurlarla bağlı ən səmimi diləklərimi qəbul edin. Əminəm ki, Azərbaycan Avrasiya məkanında xalqların qarşılıqlı anlaşmasının və konstruktiv iqtisadi qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə bundan sonra da mühüm töhfə verəcək.

***

Misir Ərəb Respublikası parlamentinin Dini işlər və vəqflər komitəsinin sədri, Alimlər Cəmiyyətinin üzvü Əli Cümədən:

– Zati-aliləri,

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə uzun ömür, cansağlığı və səadət arzulayıram.

Dünya Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın daha da inkişafının, bütün regionda sülh və tolerantlıq naminə gördüyünüz işlərin şahidi olur.

Zati-alinizə xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq diləyirəm.

***

“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin sədri, Beynəlxalq “Akord” jurnalının baş redaktoru Mariya Pavlovna Hüseynova-Atanasovadan:

– Hörmətli cənab Prezident,

“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sevimli Azərbaycanımızın çiçəklənməsi naminə Sizə firavanlıq, xoşbəxtik, cansağlığı və xeyirli işlər arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib ümummilli lider Heydər Əliyevin davamçısı kimi yürütdüyünüz müdrik siyasətə görə Sizə böyük qürur hissi ilə dərin hörmətimi bildirirəm. Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dünyanın gözəl guşəsi olan Azərbaycanda müxtəlif millətlərə mənsub insanlar sülh şəraitində yaşayırlar. Onların sırasında öz köklərini və adət-ənənələrini unutmayan bolqarlara da qismən rast gəlmək olar. Bu cür gözəl şərait isə Azərbaycanda milli azlıqlara qarşı həyata keçirilən tolerantlıq siyasətinin nəticəsidir.

***

Qafqaz Müsəlmanları İdarəsinin Şimali Qafqazda səlahiyyətli nümayəndəsi Şaqabitdin Kerimovdan:

– Möhtərəm İlham Heydər oğlu,

Şimali Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Tanrıya dua edərək Sizə firavanlıq, xoşbəxtlik, qardaş Azərbaycan xalqının rifahı, Qafqazda və bütün dünyada möhkəm sülh naminə fəaliyyətinizdə yeni uğurlar və zəfərlər arzu edirəm.

Siz Azərbaycan Respublikasının Prezidenti və öz xalqının lideri kimi ölkənizin sosial-iqtisadi inkişafı və onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi işində mühüm nəticələrə nail olmusunuz. Siz Azərbaycan xalqının mənəvi-əxlaqi inkişafı məsələlərinə, İslamın həqiqi mənəvi dəyərlərinin möhkəmlənməsinə, dinlərarası və millətlərarası həmrəyliyin qorunub saxlanmasına və dərinləşməsinə böyük diqqət yetirirsiniz.

Siz atanız, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işini davam etdirərək Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin ərazi bütövlüyünün bərpası üçün misilsiz xidmətlər göstərmisiniz. Sizin parlaq diplomatik istedadınız, siyasi müdrikliyiniz və qeyri-adi liderlik keyfiyyətləriniz sayəsində bu gün Azərbaycan regionda şəksiz lider və keyfiyyətcə yeni geosiyasi şəraitin yaradılmasının lokomotivi, sabitliyin, sülhün və mehriban qonşuluğun carçısıdır.

Sizin mərdliyinizə, qətiyyətinizə və müdrik uzaqgörənliyinizə – yalnız həqiqətən güclü və cəsur insana xas olan keyfiyyətlərinizə görə Şimali Qafqazın bütün müsəlmanları adından Zati-alinizə təşəkkürümü bildirməyi özüm üçün şərəf sayıram.

Zati-aliləri, biz, Qafqaz müsəlmanlarının nümayəndələri daim Sizin yanınızda olacağıq. Biz Qafqazda və bütün dünyada sülh, sabitlik və rifah naminə qadir Allaha dua edirik, inşallah.

Ulu Tanrı yorulmaz fəaliyyətinizdə Sizə kömək olsun, mərhəmətini Sizdən heç vaxt əsirgəməsin.

***

Gürcüstanda Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Hacıyevdən:

– Cənab Prezident,

Sizi dekabrın 24-də tamam olan 60 illik yubileyiniz münasibətilə həm Qardabani Gənclər Mərkəzinin idarə heyəti, həm də Gürcüstanda yaşayan bütün soydaşlarımız adından təbrik edirik. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Sizin diqqət və qayğınız nəticəsində Gürcüstandakı soydaşlarımız da sakit və firavan həyat sürürlər. Otuz ilə yaxın düşmən tapdağında olan Qarabağımız Sizin düzgün siyasətiniz, dərin düşüncəniz, uzaqgörənliyiniz sayəsində və müzəffər Ordunun qorxmaz cəsarəti ilə əziz xalqımıza qaytarıldı. Bu, böyük Qələbə məhz Sizin güclü siyasətinizin nəticəsidir.

Bu gün Gürcüstanla Azərbaycan arasındakı qırılmaz dostluq bağları da Sizin səylərinizlə yüksək səviyyədə davam etməkdədir.

Cənab Prezident, Sizi bir daha təbrik edir, cansağlığı, uzun ömür və daha böyük uğurlar arzulayırıq.

***

Mahaçqala şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizovdan:

– Möhtərəm İlham Heydər oğlu.

Dağıstan Respublikası azərbaycanlıları və Azərbaycan Respublikasının Dağıstan ərazisində yaşayan vətəndaşları adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Sizin seçdiyiniz siyasi kurs həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yaşayan vətəndaşlarımızın həyatını daim yaxşılaşdırmağa yönəlib. Qonşu dövlətlərin vətəndaşlarından bizim Vətənimiz və onun rəhbərliyi haqqında ən xoş və səmimi sözlər eşitmək biz azərbaycanlılar üçün çox xoşdur, bu, bizi daha sıx və səmimi şəkildə birləşdirir.

Məhz Sizin sayənizdə Azərbaycan Respublikası özünün iqtisadi, sənaye, müdafiə və mədəni potensialını qat-qat artırır. Siz dünya arenasında Azərbaycanın milli mənafelərini inamla müdafiə etməklə dövlət suverenliyinin möhkəmlənməsi və respublikanın hər bir vətəndaşının firavanlığının təmin edilməsi üçün səy göstərirsiniz.

Vətən müharibəsində böyük Qələbəyə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin rəhbərliyinizlə ölkənin ərazi bütövlüyünü bərpa etdi, işğalçılar üzərində çoxdan gözlənilən Qələbə qazandı, Qarabağın tarixi torpaqlarını Azərbaycan xalqına qaytardı. Bu Qələbə bizim Vətənə və bütün Azərbaycan xalqına böyük sevgimizin və sədaqətimizin daha bir sübutudur.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, uğurlar, tükənməz enerji, sülh və xoş günlər arzulayıram.

***

Xalq yazıçısı Afaq Məsuddan:

– Zati-aliləri.

İlk öncə nəzərinizə çatdırım ki, hər zaman Sizə məhz bu müraciətlə ünvanlanmaq ehtiyacımın səbəbi – bu dünyaya, qaranlıqları aydınlatmaq, qəlbi, niyyəti və əməlləri ilə xeyirxahlıq və işıq saçmaq, məmləkətini, xalqını darısqallıqlardan azad etmək, qorumaq, ən çətin günündə ona arxa durmaq, sahib çıxmaq kimi ağıryüklü, eyni zamanda, şərəfli tale yazısı ilə göndərilmiş fədakar İnsanıma – ali və nəcib şəxsiyyətinizə duyduğum dərin ehtiramımdır.

Unudulmaz Heydər Əliyevdən irsən keçmiş bu Vətən heysiyyətli qoruma instinktini, xalq təəssüblü sahiblik əzmini, hələ Siz ölkə rəhbərliyinə gəldiyiniz ilk illərdə – 2008-ci ilin yay aylarında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Azadlıq meydanında düzənlənən hərbi parad zamanı – qırıcı təyyarələrimiz meydanın səmasını milli bayrağın rənginə boyaya-boyaya, sanki göy üzünə “Qəm yemə, mənim xalqım, sən sahibsiz deyilsən!” yazdığını gözlərim dola-dola izləyəndə duymuşdum… bir vaxtlar Bakının küçələrini qan gölündə boğan 20 Yanvarı – həmin o kimsəsiz, sahibsiz, sərhədsiz və dövlətsiz olduğumuzun acı həqiqətini, qəflət yuxusundan oyanmıştək bütün reallığı və dəhşəti ilə anladığım qara günümüzü xatırlamış, olanların ağrı-acısını yenidən yaşamışdım…

Bu böyük yiyəlik, xalq və Vətən heysiyyətli sahiblik əzmi qarşıda gələn daha çətin, ölkə taleyi yüklü illərdə özünü daha qabarıq büruzə vermişdi, Azərbaycan və azərbaycanlı adı uğrunda, tarixi ədalətin bərpası, həqiqətin qələbəsi naminə dünya ilə qarşı-qarşıya təkbaşına dayandığınız Haqq savaşlarında, təmkin və səbir, peşəkar, azad və səmimi diplomatiya ilə addım-addım irəlilədiyiniz soyuq siyasi döyüşlərdə bütün cizgiləri və miqyası ilə bilinmişdi… dünyanın tarım sınaq imtahanına çəkildiyi, insanların öz talelərinin ümidinə buraxılıb amansız laqeydlik, sahibsizliklə üzləşdiyi ağır pandemiya illərində isə insan sevgisi dolu məhrəm doğmalığı ilə lap yaxından, hər kəsin evində, qəlbində duyulmuşdu…

Bütün bu fədakarlıqların, bu düşünülmüş, məqsədyönlü və gərgin fəaliyyətin nəticəsi olaraq uzun illər, əsrlərlə haqqı tapdalanan, torpaqları zəbt edilib, insanları didərgin salınan, səsi, sözü heç bir yandan eşidilməyən Azərbaycan, sürükləndiyi həmin bu görünməzliklər və eşidilməzliklər bataqlığının dərin qaranlıqlarından suyun üzünə qalxantək – zəngin milli mədəniyyətə və insan potensialına malik, güclü siyasi, iqtisadi, hərbi qüdrət sahibi kimi beynəlxalq müstəviyə çıxdı, dünya bizi tam ayrı – yeni baxış bucağından gördü və tanıdı.

Zaman baxımından göz qırpımı qədər ani olan 18 il ərzində Azərbaycanın və azərbaycanlıların milli-ictimai statusunu, fundamental islahatlar və quruculuq işləri ilə ölkənin mənzərəsini, həyat səviyyəsini dəyişmiş bütün bu inqilabi hadisələrin, daha möhtəşəm və tarixi qələbələrə aparan geniş, sərrast bir yolun başlanğıcı olduğunu isə biz çox-çox sonralar – ən müasir silah-sursatla təhcizatlanmış güclü Azərbaycan Ordusu görünməz qeybin dərinliklərindən, vücudu od püskürən nəhəng əjdahatək şahə qalxanda anlamağa başlamışdıq… Bir-birinin ardınca işğaldan azad edilən Füzulinin, Cəbrayılın, Zəngilanın qələbə xəbərlərini aldıqca, baş verənlərin yuxu, yoxsa gerçək olduğunun şokundan ayıla bilmədiyimiz, sevinc və göz yaşları dolu unudulmaz günlər… Axşamlarla Sizi – Ali Baş Komandanımızı, qorxularımız və ümidlərimizlə sığındığımız ailə başçımızı gözləyən tək, ekran qarşısında gözləməyimiz… Sizin isə – uzun illərin milli faciələri ilə, şüuraltı yaddaşımıza yerimiş miskin məğlubiyyət sindromunu dağıtmaq, bütün inamsızlıqları və ümidsizlikləri heçə endirib yaddaşlardan həmişəlik silmək üçün bizimlə görüşə gəlməyiniz… Çiyninizdə qanlı-qadalı Vətən müharibəsi, sinənizdə şəhid ağrıları, azad edilmiş şəhərlərin, kəndlərin adlarını rahat arxayınlıqla elan edə-edə, bizləri – qəlbisınıq həmvətənlərinizi, incik körpələri ovudantək ovutmağınız… Zəfər Günü Şuşaya da ata qucağınızı açıb, illərdən bəri donub-daşlaşmış milli ruhu, bütün Azərbaycanı silkələyib oyatmanız…

Möhtərəm Prezident, illər uzunu səbir və dözümlə, addım-addım yol gələn uzaqgörən, peşəkar siyasətiniz, davamlı fədakar fəaliyyətiniz və müzəffər Azərbaycan Ordusunun igidliyi ilə qazanılan bu böyük Qələbənin, üzü qədimdən bəri süqut və parçalanmalar, siyasi-mənəvi iflas, torpaq, sərhəd, ərazi təslimləri ilə müşayiət olunan üzücü xronologiyanı XX əsrin sonlarında Qarabağın işğalı ilə tamamlayan milli tariximizin ən şərəfli səhifəsi olduğu danılmaz tarixi həqiqətdir. Bütöv bir ölkənin, xalqın taleyini dəyişmiş bu Şərəf Səhifəsinin, məhz Sizin taleyinizə və məhz niyyət və əməllər barədə hər kəsin öz vicdanı qarşısında hesabat verdiyi 60 yaşınızın astanasına yazılması, düşünürəm, Azərbaycana rəhmi gəlmiş, ona xilas üçün, yaratdıqları sırasından, qəlblərin ən işıqlısını – bir ölkə insanın, bütöv bir məmləkətin sığışa biləcəyi ən nəhəngini seçib göndərmiş uca Yaradanın sehr dolu sirlərindəndir…

Uca Yaradanımıza şükürlər olsun! Sizin fədakarlıq, xeyirxahlıq və işıq dolu 60 Şərəf İliniz mübarək olsun!.

***

Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Arif Kərimovdan:

– Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Rusiya ilə Azərbaycan arasında xalqlarımızın qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın möhkəmlənməsinə Sizin töhfənizi layiqincə qiymətləndirmək çətindir.

Siz, heç şübhəsiz, müasir dövrün ən parlaq və nüfuzlu siyasətçilərindən birisiniz. Əminəm ki, Siz hələ uzun illər boyu doğma ölkənizin – Azərbaycan Respublikasının və orada məskunlaşan bütün xalqların rifahı naminə səmərəli işinizi davam etdirəcəksiniz. Qoy bu məsul vəzifədə işiniz Sizə yalnız sevinc və məmnunluq gətirsin!

2021-ci ilin sona çatdığı bu günlərdə, icazə verin, Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə təbrik edim. Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və nəzərdə tutduğunuz bütün planlarınızın həyata keçməsini arzu edirəm.

***

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovdan:

– Zati-aliləri, cənab Prezident.

Moldova Azərbaycanlıları Konqresinin Şurası bu ölkədəki bütün Azərbaycan icması adından Sizi 60 illik yubileyiniz münasibətilə dərin ehtiramla təbrik edir.

Siz Azərbaycana rəhbərlik etdiyiniz müddətdə ölkədən kənarda yaşayan milyonlarla soydaşımızın səmimi hörmətini, böyük nüfuzunu qazanmısınız və haqlı olaraq Siz güclü lider, müdrik siyasətçi və istedadlı dövlət xadimi nümunəsi sayılırsınız.

Sizin adınız Azərbaycanın müasir tarixinin ayrılmaz hissəsinə çevrilmişdir. Qarabağ müharibəsində xalqın birliyinə, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə güc verən parlaq Qələbə Sizin adınızla bağlıdır. Azərbaycan xalqı öz övladlarının işıqlı gələcəyini də Sizin adınızla bağlayır.

Qoy, Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan bundan sonra da inkişaf, tərəqqi və əmin-amanlıq yolu ilə getməkdə davam etsin! Biz – Azərbaycan diasporunun nümayəndələri öz növbəmizdə Sizi əmin edirik ki, Moldovada Vətənimizin maraqlarını qoruyacaq və özünəməxsus mədəniyyətimizin təbliğini davam etdirəcəyik.

Cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bütün planlarınızı həyata keçirmək üçün tükənməz enerji arzulayıram.

Qoy, Sizin quruculuq fəaliyyətiniz və Vətənə fədakar xidmətiniz sayəsində Azərbaycanın əldə etdiyi qələbələrin sayı daha çox olsun, ölkənin mənafeyi naminə əldə olunan bütün nailiyyətlər isə Azərbaycan xalqının xoşbəxt gələcəyə inamını daha da gücləndirsin!.

***

Xalq şairi Nəriman Həsənzadədən:

– Cənab Prezident.

60 illik yubileyinizi təbrik edirəm. Mübarək olsun! Sizə yeni uğurlar, cansağlığı, ailə səadəti arzulayıram.

Siz bu gün Azərbaycanın şanlı tarixini yenidən yazdınız. Siz bu gün tarixi ədaləti bərpa etdiniz.

Cənab Ali Baş Komandan, halaldı Sizə

Millət, Vətən qarşısında oğul haqqınız

44 günü Siz yazdınız tariximizə

Günəş kimi dünyaya da doğacaqsınız.

Qarabağ Azərbaycandır!

Qarabağnaməm İlhamdır!

Tanrı Sizi qorusun!.

***

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən:

– Möhtərəm İlham Heydər oğlu.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin çoxminlik kollektivi adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Uzun illərdir ki, Siz elmin və təhsilin inkişafı, ölkələrimizin universitet və akademik ictimaiyyətinin səmərəli tərəfdaşlığının təkmilləşdirilməsi məsələlərinə diqqətlə yanaşırsınız. Sizin sayənizdə minlərlə aydın məqsədli və istedadlı gəncin biliklərə yiyələnməsi üçün bütün sərhədlər açılıb, Rusiya və Azərbaycan Respublikasının təhsil və elm sahəsində əməkdaşlığı genişlənir, möhkəmlənir, birgə layihələr və təşəbbüslər həyata keçirilir, Moskva Universitetinin qabaqcıl elmi məktəbləri ilə Azərbaycanın aparıcı akademik və təhsil mərkəzlərinin qarşılıqlı faydalı akademik əlaqələri güclənir.

Bu xoş fürsətdən istifadə edərək, bizim əməkdaşlığımıza diqqətli və səmimi münasibətinizə görə Sizə təşəkkür etmək istəyirəm. Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı bütün fəaliyyəti dövründə dövlətlərimiz arasında elmin və təhsilin inkişafı, sülh və harmoniya naminə uğurla xidmət edir.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən uğurlar, möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm.

***

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyevdən:

– Möhtərəm cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qədirbilən Azərbaycan xalqı ölkənin inkişafında, dövlətçiliyin möhkəmləndirilməsində Sizin xidmətlərinizi daim yüksək qiymətləndirir. Bir din xadimi olaraq vurğulamaq istəyirəm ki, Siz heç bir ayrı-seçkilik qoymadan səmavi dinlərə xüsusi diqqət göstərirsiniz. Dünyanın bir çox ölkələrində İslam və Xristian dinlərinə aid abidələrin – məscidlərin, kilsələrin və digər dini məbədlərin bərpasında Sizin xidmətləriniz böyük alqış və dualarla qarşılanır.

Otuz il hamımızın yaralı yeri olmuş Qarabağımızın azad edilməsi yaşınızın müdriklik çağında xalqımıza ən böyük hədiyyəniz oldu. Torpaqlarımızın azad edilməsindən sonra Qarabağa səfəriniz zamanı, ilk növbədə, məscidi ziyarət etməyiniz Sizin milli-mənəvi dəyərlərimizə nə qədər həssas yanaşdığınızın bariz nümunəsidir. Daim quruculuq və davamlı inkişaf tərəfdarı kimi İslama hörmət və diqqətinizi nümayiş etdirən addımlarınız Sizin mükəmməl inanc sahibi olduğunuzun mübaliğəsiz göstəricisidir.

Hörmətli Prezident, Gürcüstanda yaşayan çoxsaylı soydaşlarımıza qarşı həssaslığınız, ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafına xüsusi diqqətiniz bizi dərin tellərlə bağlayır. İnanırıq ki, bu bağlar getdikcə daha da möhkəmlənəcək.

Bizə böyük Zəfər yaşatdığınıza görə Sizə sidqi-ürəkdən duaçıyıq. Uca Yaradan zəfərlərinizi davamlı etsin. Sevinən, şərəfi, şanı özünə qaytarılmış Azərbaycan xalqının dualarını Allah-Taala ömrünüzə naxış kimi nəqş etsin.

Sizə möhkəm cansağlığı, ailə səadəti, yorulmaz fəaliyyətinizdə, sülh təşəbbüsünüzdə uğurlar diləyirəm.

***

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən:

– Möhtərəm cənab Prezident,

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından Sizə əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuruq. Bizə Zəfər bəxş etdiyinizə, dövlətimizin layiqli başçısı, Ali Baş Komandanı kimi hər bir azərbaycanlıya qürur və şərəf hissləri yaşatdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Biz fəxr edirik ki, Siz ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz, onillər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoymaqla BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra edərək ikili standartları zərərsizləşdirdiniz. Sizin gördüyünüz işlər bütün türk dünyasında qürur hissi ilə qarşılanır.

Əziz və çox hörmətli Prezident, Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, Azərbaycan xalqının milli birliyinin, regionumuzda sülhün təmin olunması istiqamətində faydalı fəaliyyətinizə görə təşəkkürümüzü bildirir, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, doğma Azərbaycanımıza əmin-amanlıq, tərəqqi, firavanlıq arzulayırıq.

***

Köln Alman Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayevdən:

– Möhtərəm Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə Köln Alman Azərbaycan Mədəniyyət Evinin rəhbərliyi və üzvləri adından səmimi-qəlbdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Siz bir çağırışla minlərlə Azərbaycan gəncini Vətənin müdafiəsi üçün ayağa qaldırmağı bacaran qüdrətli və cəsarətli lidersiniz. Siz bu gün dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilmisiniz. Biz Sizinlə hər zaman fəxr edirik.

Dünyanın supergüc dövlətlərinin siyasətçilərini özünə heyran edən, yüksək bacarığı, ədaləti, özünəməxsus qətiyyəti, nümunəvi mövqeyi ilə seçilən hörmətli cənab İlham Əliyev, ad gününüz mübarək olsun!

Allah Sizi və ailənizi qorusun!.

***

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən:

– Möhtərəm cənab Prezident.

Sizi Azərbaycan-Yaponiya Dostluq Mərkəzi adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm.

Böyük məmnuniyyətlə vurğulayıram ki, Sizin rəhbərliyiniz və müdrik siyasətiniz sayəsində doğma Vətənimiz Cənubi Qafqazın lider ölkəsi imicini qazanıb. Azərbaycan, həmçinin regionda sabitliyin və əmin-amanlığın etibarlı dayağına çevrilərək beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.

Möhtərəm Prezident, Siz bütün dünya azərbaycanlılarının lideri olduğunuzu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq etdiniz. Hakimiyyətdə olduğunuz illərdə nəinki Azərbaycanı regionun liderinə çevirdiniz, həmçinin işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiniz. Xalqımızın tarixində yeni bir səhifə açan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan kimi qazandığınız şanlı Qələbə nəticəsində regionda hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün yeni münasibətlərin təməlini qoydunuz. Yalnız qonşu ölkələrə deyil, həmçinin bütün Avrasiya məkanına fayda gətirəcək yeni layihələrə start verilməsinə səbəb oldunuz.

Zati-aliləri, fürsətdən istifadə edib Sizə bir daha möhkəm cansağlığı, xalqımızın rifahı və doğma Vətənimizin inkişafı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

***

Çex Respublikasında Azərbaycan diasporunun sədri Eldar Vəliyevdən:

– Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik. Ölkəmizə rəhbərlik etdiyiniz bu illər ərzində Siz böyük nailiyyətlərə imza atmısınız. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər isə Sizin böyük istedad və bacarığınızı, o cümlədən yüksək sərkərdəlik məharətinizi göstərdi. Doğma torpaqlarımızın işğaldan azad olunması Sizin adınızla bağlıdır.

Biz, Çex Respublikasında yaşayan Azərbaycan icması Avropanın digər ölkələrində olduğu kimi, neçə illərdir ölkəmizə düşmən qüvvələrlə informasiya savaşı aparırıq. Hətta Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanısa da, qəlbi sınıqlıq sindromu bizi çox üzürdü. İndi isə Sizin rəhbərliyinizlə müzəffər ordumuzun qazandığı Qələbə bizi qürurlandırır, daha inamlı fəaliyyətə ruhlandırır.

Möhtərəm Prezident, Sizi doğum gününüz, dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il münasibətilə Çexiyada yaşayan bütün azərbaycanlılar adından təbrik edirik. Sizə və ailənizə cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayırıq.

***

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin və İctimai Nəzarət Koalisiyasının adından:

– Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Sizi 60 yaşınızın tamam olması münasibətilə rəhbərliyində təmsil olunduğumuz Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin, İctimai Nəzarət Koalisiyasının çoxminli üzvləri adından səmimi-qəlbdən təbrik edirik. Sizə uzun ömür, möhkəm cansağlığı, Vətənimiz Azərbaycanın inkişafı və qüdrətli olması üçün atacağımız bütün addımlarda uğurlar arzulayırıq.

Ümummilli lider Heydər Əliyevin siyasi-dövlətçilik irsinin layiqli davamçısı olaraq Sizin xalqa həsr etdiyiniz 60 illik şərəfli ömrünüz və ölkəmizə rəhbərliyə seçildiyiniz dövr tariximizin ən şərəfli səhifələrini təşkil edir.

Zəmanəmizin ən gərgin və qürurverici hadisəsi – 2020-ci il 27 sentyabr tarixi xalqımızın vahid ordu şəklində birləşərək düşmən üzərində Qələbə ilə başa çatdırdığı 44 günlük Vətən müharibəsi zamanı millətimiz bir daha əmin oldu ki, Sizin sərkərdəlik məharətiniz, Ali Baş Komandan kimi hərb sənətindəki ustalığınız, nüfuzlu beynəlxalq siyasətçi, dövlət xadimi, 50 milyonluq dünya azərbaycanlılarının lideri olmağınız bizi böyük Zəfərə gətirib çıxardı.

Xalqımız 30 ilə yaxın bir müddətdə torpaqlarımızın erməni işğalçılarından azad olunması üçün Sizin rəhbərliyiniz altında hazırlaşdı. Qəhrəman döyüşçülərimizin şəhid qanı və misilsiz igidlikləri ilə azad edilmiş torpaqlarımızın geri qaytarılması tariximizin qızıl səhifələri, möhtəşəm Qələbənin salnaməsi kimi əbədi yaddaşlarda qalacaqdır.

Biz bir daha əmin olduq ki, xalqımız birləşəndə həllolunmaz sayılan bütün problemlərin, çətinliklərin öhdəsindən uğurla gələ bilir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan, eləcə də işğaldan azad edilmiş Qarabağımız Sizin rəhbərliyinizlə bütün sahələrdə müasirləşdirilmə yolunda ardıcıl və dinamik surətdə irəliləyir, inkişaf edir. Sizin peşəkar siyasi təcrübəniz Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Dünya miqyasında yürütdüyünüz uzaqgörən və müdrik siyasətiniz, dövlətimizin milli mənafelərini qətiyyətlə qorumağınız, xüsusi bacarıqlarınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan qlobal məsələlərin həllində fəal rol oynayır, gündən-günə qüdrətli dövlət kimi tanınır.

Zati-aliləri, möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Uca Yaradandan Sizə uzun ömür və möhkəm cansağlığı arzulayırıq.

***

Rusiya Azərbaycanlılar Konqresinin rəhbəri, Rusiya Federasiyasının fəxri vəkili İlqar Hacıyevdən:

– Zati-aliləri.

Rusiyanın çoxsaylı Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə təbrik etməyi özümə şərəf sayıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailənizə firavanlıq, əzizlərinizin və yaxınlarınızın sevgisini arzu edirəm.

Məhz Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində yorulmaz nəcib fəaliyyətiniz, yürütdüyünüz konstruktiv və uzaqgörən siyasət sayəsində Vətənimiz günbəgün çiçəklənir, dünya siyasi arenasında öz mövqelərini möhkəmləndirir, həm iqtisadiyyatda, həm də sosial-mədəni sahədə sabitliyin təmin edilməsinə və iqtisadi inkişafa şərait yaradan irimiqyaslı layihələri həyata keçirir.

Hamı Sizi regionda sülhün möhkəmlənməsinin əqidəli tərəfdarı kimi tanıyır və qiymətləndirir. Sizin müdrik beynəlxalq qərarlarınız və parlaq siyasi hərəkətləriniz dünya tarixinin gedişini dəyişib. Siz, Ali Baş Komandan kimi, əzəli Azərbaycan torpaqlarının çoxillik işğaldan azad edilməsinə və sahibinə qaytarılmasına qiymətli tarixi töhfə verməklə adınızı Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazmısınız.

Bu gün Azərbaycan Cənubi Qafqazda dinamik inkişaf edən uğurlu dövlət və Avrasiya siyasətinin regionda sülhün möhkəmlənməsinə kömək edən mühüm subyektidir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, bu əlamətdar təntənəli gündə Sizə bir daha möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, Azərbaycan xalqının tükənməz sevgisini və Sizin müasir Azərbaycanın qüdrətinin möhkəmlənməsinə, çoxillik işğal dövründə dağıdılmış şəhərlərin və kəndlərin bərpasına yönəlmiş məsul fəaliyyətinizdə böyük uğurlar diləyim.

***

Rusiyalı Həmvətənlərin Beynəlxalq Şurasının sədri, Rusiya Vəkillər Gildiyasının prezidenti Həsən Mirzəyevdən:

– Hörmətli İlham Heydər oğlu,

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Rusiyalı Həmvətənlərin Beynəlxalq Şurası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, “Moskva Hüquq Mərkəzi” Vəkillər Kollegiyası adından və şəxsən öz adımdan Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin bir vətəndaş və vətənpərvər kimi fəal həyat mövqeyiniz, dövlət əhəmiyyətli məsələləri qüsursuz icra etməyiniz Vətənə ləyaqətlə xidmət nümunəsidir.

Sizin səmərəli rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolunda inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir. Siz Heydər Əlirza oğlu Əliyevin islahatçılıq yolunun Azərbaycan Respublikasında layiqli davamçısısınız.

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni və siyasi əlaqələr günbəgün genişlənir və möhkəmlənir. Mən bir azərbaycanlı kimi öz tarixi Vətənimlə fəxr edir və onu əziz tuturam. Bakıda çoxsaylı beynəlxalq tədbirlər keçirilməsi faktları da Azərbaycan Respublikasının nailiyyətlərinin beynəlxalq aləmdə tanınmasına sübutdur.

Bu gün Siz həyatınızın mühüm mərhələsindəsiniz – bu mərhələdə zəngin təcrübə müdrik və həyati biliklərlə harmonik şəkildə uzlaşır, çox işlər görülüb, gələcək üçün çoxlu yeni planlar var.

Qoy tükənməz enerji, gümrahlıq və ruh yüksəkliyi Sizin etibarlı tərəfdaşlarınız olsun. Sizə cansağlığı, uzun ömür, dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqı naminə yeni zəfərlər arzu edirəm.

Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

***

Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannisdən:

– Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımızı qəbul edin.

Sizə cansağlığı və xoşbəxtlik diləyirik. Tanrı hər zaman Sizi və ailənizi qorusun!

Ölkəniz və bəşəriyyətin rifahı naminə xoş niyyətləriniz həyata keçsin!.

***

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan:

– Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

30 il işğal altında qalmış Azərbaycan torpaqları Sizin yürütdüyünüz uğurlu siyasət nəticəsində azad edildi. Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu cinayətkar və işğalçı Ermənistanı 44 günlük Vətən müharibəsində məğlub edərək, müqəddəs torpaqlarımızı işğaldan azad etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan 30 ilə yaxın müddətdə icra olunmamış BMT qətnamələrini Sizin qətiyyətinizlə təkbaşına icra etdi. Sizin rəhbərliyinizlə qazanılan bu Zəfər 50 milyondan artıq dünya azərbaycanlılarını sevindirdi. Biz Sizin qazandığınız bu Zəfərlə fəxr edirik və inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı iqtisadi və siyasi cəhətdən daha çox uğurlar əldə edəcək, daha böyük inkişaf yolu keçəcək.

Avstraliya-Azərbaycan Assosiasiyası Sizi yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, Azərbaycanımızı daha da inkişaf etdirmək yolunda böyük uğurlar arzulayır.

***

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahidən:

– Zati-aliləri.

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq arzulayıram.

Siz Azərbaycanın müdrik liderisiniz və ölkənin iqtisadiyyatının inkişafı, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmisiniz.

Zati-alinizin göstərdiyi səylər “Masdar” şirkəti olaraq bizi çox ruhlandırır. Biz Azərbaycanda bərpa olunan və davamlı enerjinin strateji inkişafı ilə bağlı prioritetlərinizə uyğun olaraq məqsəd və planların uğurla həyata keçirilməsinə töhfə verməkdə maraqlı olduğumuzu bildirmək istərdik.

Həmçinin bu fürsətdən istifadə edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zati-alinizi, ailənizi və qardaş Azərbaycan xalqını bir daha təbrik edirəm.

***

Fransa Respublikasının sabiq nəqliyyat naziri Tyerri Marianidən:

– Möhtərəm İlham Heydər oğlu,

İcazə verin, doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi, xoşbəxtlik və cansağlığı arzularımı bildirim. Fürsətdən istifadə edib Sizi qarşıdan gələn Yeni, 2022-ci il münasibətilə də təbrik etmək istərdim.

İyirmi beş il ərzində Fransa Milli Assambleyasının deputatı kimi, sizin ölkənizlə tanış olmaq imkanım olub. Beş il ölkələrimiz arasında dostluq qrupunun prezidenti kimi, Sizin ölkənin nümayəndələri ilə dərin məzmunlu söhbətlərimizi həmişə yüksək qiymətləndirmişəm. Onların nəzakətliliyi, Avropa xalqlarının siyasi və mədəni məsələlərinə dərindən bələd olmaları Sizin ölkə haqqında təhrif edilmiş məlumatlardan və onun məruz qaldığı hücumlardan əhəmiyyətli dərəcədə fərqlənirdi.

Azərbaycana səfərlərim mənim üçün həmişə böyük tarixi görüşə oxşayırdı. Sizin ölkənizdə ilk dəfə 1996-cı ildə olmuşam və bu ölkə haqqında çox yaxşı xatirələrim qalıb. Sizə xas olan qonaqpərvərlik sayəsində Azərbaycanla uzunmüddətli və möhkəm dostluq münasibətləri yaranıb. Buna görə də 2020-ci ildə suveren Azərbaycanın ərazisi olan torpaqlar özünə qaytarılanda sizin həmvətənlərinizin sevincini gözəl başa düşürəm.

Bəzi KİV-lərin Azərbaycanı təhrif olunmuş şəkildə təqdim etmək istəyi məni kədərləndirir və narahat edir. Sizin xalqınıza qarşı çoxsaylı lobbilər fəaliyyət göstərir. Onların Avropada çoxsaylı siyasi partiyalara nüfuz etməsi heyrət doğurmaya bilməz.

Sizin Konstitusiyaya əsasən dini plüralizmə və etiqad azadlığına hörmət bəslənilməsinə təminat verilir. Radikalizm bütün planet üçün təhlükə doğurduğu bir vaxtda bizim hökumətlərimiz Sizin xalq barəsində yalan məlumatlar yayılmasına son qoymalı və özlərinin cəmiyyətdə harmoniya və bütün dinlərə hörmət öhdəliklərini yada salmalıdırlar.

Mən müxtəlif mandatlara malik olduğum dövrdə bunu xatırlatmaq imkanını heç vaxt əldən verməmişəm və bu istiqamətdə işləməkdə davam edirəm. Əmin ola bilərsiniz ki, Siz mənim şəxsimdə ölkənizin sədaqətli, həqiqəti bərpa etmək üçün onun barəsində yayılan yalanlara qarşı mübarizə aparmağa həmişə hazır olan dostunu taparsınız.

Doğum gününüz münasibətilə bir daha təbriklərimi və Sizə ən dərin ehtiramımı qəbul edin.

***

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən:

– Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi yubileyiniz münasibətilə təbrik edim.

60 il dəyərli həyat təcrübəsi ilə birlikdə tarixin qarşınıza qoyduğu qlobal vəzifələrin həlli üçün əlverişli şərait yaradan çiçəklənmə dövrüdür.

İlk öncə Sizə möhkəm cansağlığı və fədakar fəaliyyətinizdə uğurlar arzulayıram. Qarabağ uğrunda Vətən müharibəsində qazanılan parlaq Qələbə son dərəcə çətin, lakin Azərbaycanı işıqlı gələcəyə doğru aparan mərhələdir.

Müharibədən sonrakı dağıntıların, işğaldan azad edilmiş ərazilərdə məhv edilmiş infrastrukturun bərpası, regionda nəqliyyat arteriyaları üzərindən blokadanın götürülməsi sahəsində əldə olunan siyasi qələbələr, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Sizin bütün istedadınızı, titanik iş və imkanları səfərbər etməyi tələb edən son dərəcə böyük vəzifədir. Şübhəsiz, Siz bunların hamısına nail olacaqsınız.

Sizə, böyük və möhkəm ailənizə əmin-amanlıq, firavanlıq, çiçəklənmə və xoş əhval-ruhiyyə arzulayıram.