Home Biznes və iqtisadiyyat xəbərləri YAP Nizami rayon təşkilatının daha bir ərazi partiya təşkilatı təsis olunub

YAP Nizami rayon təşkilatının daha bir ərazi partiya təşkilatı təsis olunub

227
0
SHARE

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti 115” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları vətəlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, YAP Nizamirayon təşkilatının sədri Ramil Vəlibəyov, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Zaur Əfəndiyev, 3 saylı Bakı “ASAN kommunal” mərkəzinin direktoru Elmar Ələsgərov və başqaları YAP-ın yarandığı gündən Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarına sadiq qalaraq respublikamızda siyasi və iqtisadi sabitliyin təmin olunması, iqtisadiyyatın sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi, demokratik islahatların davam etdirilməsi işlərinə verdiyi mühüm töhfələrdən danışıblar. Bildiriblər ki, hazırda Prezident İlhamƏliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Zaur Əfəndiyev“Heydər Əliyev prospekti 115” ərazi partiya təşkilatının sədri, Elmar Ələsgərov isə sədr müavini seçilib.

Sonda bir qrup şəxsin partiyaya üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.